Icma.az
close
up
RU
Uşqalara 1 iyun "sürpriz"i" Od qiymətinə hədiyyələr

Uşqalara 1 iyun "sürpriz"i" Od qiymətinə hədiyyələr

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə artıq sayılı günlər qalıb. Valideynlər övladlarını sevindirmək üçün hədiyyələr alır, gününü şən keçirməyə çalışırlar.

Bayramla bağlı bəzi mağazalarda endirimlər qoyulub. Xüsusilə də sosial şəbəkələrdə əl işlərini satanlar, canlı yayım açıb mağazada mallarını göstərənlər endirimli qiymətlə müştəri cəlb etməyə çalışırlar. Qiymətlər isə heç də ucuz deyil. Məsələn, uşaq üçün sadə geyim ("body" dediyimiz) 30-45 manat, içərisi müxtəlif saç aksesuarları, oyuncaqla yığılmış buket 25 manatdan başlayaraq 75 manata kimi təklif edilir.

Bəs qiymətlərin bu qədər baha olmasına səbəb nədir?



Məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Bakupost.az -a açıqlama verib.

O qeyd edib ki, azad bazar iqtisadiyyatıdır, qiymətlər sərbəstdir:

"İstənilən malı istənilən qiymətə təklif edə bilərlər. Lakin "endirim" yazıb, real endirim etməmək qanun pozuntusudur. Malların üzərində məsul şəxsin qiymət sənədi olmalıdır. Nazirlər Kabinetinin 94 saylı qərarı bunu tələb edir. Əgər "endirim" yazıb, endirim etmirlərsə, aldadırlarsa, istehlakçılar Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etməlidirlər. Telefon nömrələri 012 599 76 00-dır".

Endirimlərlə əhalinin aldadıldığını deyən ekspert sözlərinə belə davam edib:

"Endirim zamanı istəklərdən biri istehlakçının qapıdan içəri girməsidir. İstehlakçı malı seçən zaman deyirlər "bu endirimdə deyil", malı qaytarmaq istəyərkən "endirimdə almısız" deyib qaytarmırlar, dəyişmirlər. Adını çəkdiyim dövlət qurumu bu məsələlərə nəzarət etməlidir. Endirimdə istehlakçıların aldadılması çox geniş yayılmış haldır".

Aygün Nəbiyeva,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 May 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri