Icma.az
close
up
RU
ÜST dən xəbərdarlıq: Ağcaqanad mənşəli təhlükəli virus yayılır

ÜST dən xəbərdarlıq: Ağcaqanad mənşəli təhlükəli virus yayılır

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyanın müxtəlif ölkələrində ağcaqanadlar vasitəsilə yayılan çikunqunya (Chikungunya) virusu ilə bağlı narahatlıq artır.

Turkustan.az xəbər verir ki, bu barədə xarici KİV-lərin və beynəlxalq səhiyyə qurumlarının məlumatında bildirilib. Son aylarda bir sıra ölkələrdə yoluxma halları yüksəlib, bəzi bölgələrdə isə epidemiya qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) və Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına əsasən, virus əsasən Aedes aegypti və Aedes albopictus növlərinə aid ağcaqanadların dişləməsi ilə yayılır. Xəstəlik insandan insana birbaşa keçmir.

Məlumatlara görə, son dövrdə Mavriki, Mayot, Seyşel adaları, Fransız Qvianası, Surinam, Boliviya, Qayana, Kolumbiya, Peru, Kuba, Qvatemala və Sent-Lüsiyada çikunqunya virusuna yoluxma halları qeydə alınıb. Mütəxəssislər Afrika, Asiya və Amerikanın digər ölkələrində də yoluxma riskinin davam etdiyini bildirirlər. Avropada isə əsasən xaricdən gətirilən yoluxmalar müşahidə olunsa da, bəzi ölkələrdə virusun yerli yayılma ehtimalı ilə bağlı xəbərdarlıqlar edilir.

Çikunqunya virusunun əsas əlamətləri yüksək hərarət, güclü oynaq ağrıları, əzələ ağrıları, baş ağrısı, dəri səpgisi, oynaqlarda şişkinlik, halsızlıq və yorğunluqdur. Əksər xəstələr bir neçə həftə ərzində sağalır. Lakin bəzi hallarda oynaq ağrıları aylarla davam edə bilir. Yaşlılar, yeni doğulmuş körpələr və xroniki xəstəlikləri olan şəxslər risk qrupuna daxildir.

Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi də son günlər vətəndaşlara xəbərdarlıq edərək bildirib ki, xarici ölkələrdən qayıdan şəxslər arasında çikunqunya ilə yanaşı denge, Zika virusu və malyariya kimi ağcaqanad mənşəli xəstəliklərə yoluxma halları artır.

Mütəxəssislər virusdan qorunmaq üçün ağcaqanad əleyhinə vasitələrdən istifadə etməyi, bədəni örtən geyimlər geyinməyi, qapı və pəncərələrdə qoruyucu torlardan istifadə etməyi, durğun su mənbələrinin yaranmasının qarşısını almağı və ağcaqanadların daha aktiv olduğu saatlarda ehtiyatlı davranmağı tövsiyə edirlər.

Hazırda çikunqunya virusuna qarşı geniş tətbiq olunan spesifik müalicə mövcud deyil. Həkimlər xəstəliyin əlamətləri müşahidə olunduqda vaxt itirmədən tibb müəssisəsinə müraciət etməyi tövsiyə edirlər. /Musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 İyul 2026 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri