Icma.az
close
up
RU
Menu

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

ÜST nin Baş direktoru Bakıda yeni pandemiya təhlükəsi ilə bağlı xəbərdarlıq edib

ÜST nin Baş direktoru Bakıda yeni pandemiya təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 13 mart, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus ölkələri gələcək pandemiyalara hazırlıq və qlobal əməkdaşlığın gücləndirilməsinə daha çox diqqət yetirməyə çağırıb.

AZƏRTAC-ın BMT xəbər xidmətinə istinadən verdiyi məlumata görə, o, bu açıqlamanı cümə axşamı günü XIII Qlobal Bakı Forumunun açılışında verib.

ÜST-nin Baş direktoru qeyd edib ki, 2025-ci ildə hərbi xərclər 2,7 trilyon dollara çatıb ki, bu da 2030-cu ilə qədər aclığın aradan qaldırılması üçün lazım olan məbləğdən 30 dəfə çoxdur.

O, həmçinin “görünməz düşmən” hücumuna qarşı durmağa hazır olmağın vacibliyinə diqqət çəkib. Bu, 20 milyon insanın - müasir tarixdəki istənilən müharibədən daha çox insanın ölümünə səbəb olan və qlobal iqtisadiyyata 10 trilyon dollardan çox ziyan vurduğu təxmin edilən COVID-19 kimi daha bir pandemiyaya aiddir.

ÜST rəhbəri vurğulayıb ki, dünya dərs çıxarmadan tez-tez bir böhrandan digərinə keçir. Pandemiyanın dağıdıcı nəticələrinə baxmayaraq, ölkələr sağlamlıq təhdidlərindən qorunmaqdan çox hərbi xərclərə daha artıq pul xərcləyir.

“Bununla belə, COVID-19 pandemiyasının göstərdiyi kimi, qloballaşan dünyada səhiyyə təhlükəsizliyi milli problemdir”, - deyə Qebreyesus vurğulayıb.

O əlavə edib: “Virusların vizaya ehtiyacı yoxdur; patogenlər sərhədlərə hörmət etmir. Dezinformasiya diplomatiyadan daha sürətli yayılır”.

ÜST rəhbərinin sözlərinə görə, səhiyyə beynəlxalq əməkdaşlıq platformasına çevrilməlidir.

“Parçalanmış və bölünmüş dünyada səhiyyə ölkələrin ortaq təhdidlərə birgə həllər tapmaq üçün ideoloji fərqləri aşaraq birlikdə işləyə biləcəyi və tədbirlər görməli olduğu azsaylı sahələrdən biridir”, - deyə o bildirib.

Qebreyesus xatırladıb ki, ÜST-nin üzv dövlətləri gələcək pandemiyalara qlobal hazırlığı gücləndirmək üçün işlərini davam etdirirlər. Keçən il onlar pandemiyalar haqqında müqavilə imzalayıblar və təsdiqləndikdən sonra bu sənədin ictimai səhiyyə təhlükəsizliyinin gücləndirilməsi üçün mühüm beynəlxalq hüquqi alətə çevriləcəyi gözlənilir.

Ölkələr, həmçinin potensial təhlükəli virusların sürətli aşkarlanmasını, vaksinlərə, dərmanlara və diaqnostikaya bərabər çıxışı təmin etməli olan əlavə patogenlərin paylaşılması, habelə faydaların bölüşdürülməsi mexanizmi barədə danışıqlar aparır.

ÜST rəhbərinin sözlərinə görə, ölkələr bu prosesdə xeyriyyə məqsədləri ilə deyil, müşahidə, erkən xəbərdarlıq və tibbi ləvazimatlara çıxış sahəsində əməkdaşlığın onların maraqlarına uyğun olduğu üçün iştirak edir. “Çoxtərəfli əməkdaşlığın mahiyyəti budur. O, fərqləri aradan qaldırmaq deyil, ortaq riskləri idarə etmək mexanizmidir”, - deyə o vurğulayıb.

Qebreyesus onu da qeyd edib ki, beynəlxalq əməkdaşlıq sistemi hazırda ciddi çətinliklərlə üzləşir. Onun sözlərinə görə, ÜST ən böyük donorunun maliyyələşdirilməsinin dayandırılması səbəbindən mürəkkəb islahatlar və yenidən istiqamətləndirmə dövrünü yaşayır. “Əminəm ki, ÜST bu vəziyyətdən daha güclü çıxacaq, əsas mandatına daha aydın şəkildə diqqət yetirəcək, daha müstəqil və dünya xalqlarına və ölkələrinə xidmət etməyə qadir təşkilat olacaq”, - deyə təşkilatın rəhbəri qeyd edib.

“Nəticə etibarilə, biz hamımız insanıq, eyni planetdə yaşayırıq, eyni DNT-i paylaşırıq və oxşar təhdidlərlə üzləşirik”, - deyən Baş direktor ölkələr və beynəlxalq qurumlar arasında etimadı bərpa etməyin gələcək böhranlara effektiv cavab vermək üçün əsas olaraq qaldığını vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Mart 2026 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see342

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see291

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see278

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see271

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see268

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see244

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see240

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see232

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see227

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see222

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see220

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see211

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see203

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see197

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see182

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see173

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see173

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see173

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri