Icma.az
close
up
RU
ÜST səsverməyə çıxarılan qlobal Pandemiyaya Sazişini “tarixi addım” adlandırıb

ÜST səsverməyə çıxarılan qlobal Pandemiyaya Sazişini “tarixi addım” adlandırıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 20 may, AZƏRTAC

İsveçrənin Cenevrə şəhərində 78-ci Ümumdünya Səhiyyə Assambleyası keçirilir. AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, mayın 19-da baş tutan açılış iclasında hökumətlərin, vətəndaş cəmiyyəti və özəl sektorun bu məsələ ilə bağlı birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, bu mötəbər tədbirdə növbəti qlobal miqyasda növbəti pandemiyanın qarşısını almaq üçün üzv dövlətlər arasında saziş səsverməyə çıxarılacaq.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus açılış nitqində üzv dövlətləri qlobal qeyri-sabitlik şəraitində belə ortaq məqsədlər ətrafında sıx birləşməyə çağırıb. O deyib: “Biz öz maraqlarımıza deyil, dünyamızın səkkiz milyard insanına xidmət etmək üçün buradayıq. Bizdən sonra gələnlərə, uşaqlarımıza və nəvələrimizə daha sağlam, dinc və ədalətli bir dünya miras qoymaq üçün birlikdə çalışmalıyıq. Bu, mümkündür”.

ÜST-nin ən yüksək qərar qəbuledici orqanı olan Assambleya mayın 27-dək fəaliyyət göstərəcək və 194 üzv dövlətin nümayəndə heyətlərini bir araya gətirəcək. Builki gündəliyə intensiv şəkildə müzakirə edilən Pandemiya Sazişi, azaldılmış büdcə təklifi, iqlim, münaqişələr, antimikrob müqaviməti və rəqəmsal sağlamlıqla bağlı müzakirələr daxildir.

Assambleyada pandemiyanın qarşısının alınması diqqət mərkəzindədir. Gündəlikdə duran əsas məsələ ÜST-nin təklif etdiyi qlobal Pandemiya Sazişidir. Bu sənəd COVID-19-un ilkin mərhələlərini qeyd edən parçalanmış reaksiyanın qarşısını almağa yönəlmiş qlobal proqramdır. Saziş ÜST-ə üzv olan bütün dövlətlər arasında üç il davam edən danışıqların nəticəsidir.

ÜST-nin rəhbəri qeyd edib: “Bu, həqiqətən də tarixi bir məqamdır. Hətta böhranın ortasında və əhəmiyyətli müqavimətlə üzləşdiyimiz dövrdə də yorulmadan çalışdıq, heç vaxt təslim olmadıq və ortaq məqsədə çatdıq”.

Saziş üzrə yekun səsvermənin bu gün, mayın 20-də axşam keçiriləcəyi gözlənilir. Bu sənədin qəbul olunacağı təqdirdə ÜST-nin təsis qaydalarına uyğun olaraq, hüquqi cəhətdən məcburi qlobal sağlamlıq proqramını təsdiqləmək üçün ölkələr ikinci dəfə bir araya gəlmiş olacaq. Birincisi, qlobal tütün epidemiyasının qarşısını almaq üçün 2003-cü ildə qəbul edilmiş Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyası idi.

T.A.Gebreyesus ana və uşaq sağlamlığı ilə bağlı durğun tərəqqinin olduğunu qeyd edib və yeni doğulmuş uşaq ölümlərini azaltmaq üçün milli sürətləndirmə planlarını açıqlayıb. O əlavə edib ki, immunlaşdırma üzrə əhatə dairəsi 1974-cü ildə Genişləndirilmiş İmmunlaşdırma Proqramının başlandığı zaman 5 faizdən az olub, amma bu proses hazırda qlobal miqyasda uşaqların 83 faizini əhatə edir. ÜST-nin rəhbəri vurğulayıb: “Biz xəstəliklərin aradan qaldırılmasının qızıl dövründə yaşayırıq, tropik xəstəliklərin yayılması səviyyəsi azalıb, yeni texnologiyaların köməyi ilə müalicə prosesləri də təkmilləşib. Amma son bir ildə maliyyə fondlarının kəskin azalması ciddi problemlər yaradır”.

O qeyd edib ki, 2026-2027-ci illər üçün 4,2 milyard dollarlıq azaldılmış proqram büdcəsi əvvəlki təklifdən 5,3 milyard dollar azdır. İxtisarlar əsas funksiyaları qoruyub saxlamaqla ÜST-nin işini cari maliyyələşdirmə səviyyələrinə uyğunlaşdırmaq səyini əks etdirir. Gebreyesus etiraf edib ki, ÜST-nin uzun müddətdir ki, kiçik bir donor qrupunun könüllü təyinatlı maliyyələşdirməsinə etibarı onu həssas vəziyyətə salıb. O, üzv dövlətləri büdcə kəsirini təkcə böhran kimi deyil, həm də potensial dönüş nöqtəsi kimi görməyə çağırıb. “Maliyyə problemini həll etməsək, qlobal ambisiyaları azaltmaq lazım gələcək”, -deyə o vurğulayıb.

Təşkilatın büdcəsinin cüzi olduğuna diqqət çəkən T.A.Gebreyesus deyib: “Büdcə 2,1 milyard ABŞ dollarıdır və bu, hər səkkiz saatdan bir çəkilən qlobal hərbi xərclərin ekvivalentidir; 2,1 milyard ABŞ dolları insanları öldürən bir bombardmançı təyyarənin qiymətidir; 2,1 milyard ABŞ dolları tütün sənayesinin hər il reklam üçün xərclədiyi vəsaitin dörddəbirini təşkil edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri