Icma.az
close
up
RU
“Uzaq Şəhər”dən uzaq durmalıyıq Məşhur serial hansı qanunu pozur?

“Uzaq Şəhər”dən uzaq durmalıyıq Məşhur serial hansı qanunu pozur?

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Təkcə Türkiyədə deyil, az qala bütün Avropada sevilən məşhur “Uzaq Şəhər” (türkcə “Uzak Şehir”) ən çox izlənən seriallardan biridir. Serial 2024-cü ilin sonlarında yayımlanmağa başlayıb və qısa müddətdə tamaşaçı marağı baxımından böyük uğur qazanıb.

Serialın mərkəzində Alya Albora adlı dul qadının hekayəsi dayanır. Ölən ərinin son arzusunu yerinə yetirmək üçün onun nəşini azyaşlı oğlu ilə Kanadadan Mardindəki Albora torpaqlarına gətirir. Lakin bu səyahət onun üçün geri dönüşü olmayan hadisəyə çevrilir. Əşirət (bir soydan törəyib birlikdə yaşayan ailələr toplusu) ağası Cihan Albora Alyanın geri dönüşünə əngəl olur və qadın Şərqdə geniş yayılmış adətlə – ölən ərinin qardaşına ərə getməyə məcbur qalır.
Hadisələr də bundan sonra başlayır. Alya həm özünün, həm də də gəlini olduğu ailənin keçmişinin sirlər burulğanına düşür. Bundan başqa ailədaxili qarşıdurmalarla, bölgənin acı həqiqətləri ilə üzləşir.
Baş rollarını Azərbaycan əsilli aktyorlar Sinem Ünsal və Ozan Akbaba canlandırır. Ərəb serialı olan “Əl-Hayb”dan götürülərək türkcəyə uyğunlaşdırılmış “Uzaq Şəhər” 2025-ci ilin yanvarında ən yüksək reytinq yığaraq (15,01) digər serialları geridə qoymuş, son iki ilin ən çox izlənən serialı olmuşdu. Serialın uğuru yalnız Türkiyə ilə məhdudlaşmır. “Uzaq Şəhər” Rusiya, Ukrayna, Rumıniya, İspaniya və Yaxın Şərq ölkələrində də populyardır.

Yanlış mesaj ötürən serialı izləməyə dəyərmi?
“Uzaq Şəhər” güclü ssenarisi, dərin emosional cazibəsi və sosial mövzulara toxunuşu ilə seçilir. Serialda qadınların cəmiyyətdəki rolu, ailə münasibətləri və fərdi azadlıqlar kimi aktual mövzular qabardılıb. Burada bəhs olunan hadisələr Azərbaycanda da aktualdır və bu, yerli tamaşaçıları bir az da doğma hiss etdirir.
Ümumiyyətlə adətən seriallarda mükəmməllik, zənginlik, lüks həyat, ideal gözəllik kimi hər kəsin əlinin çatmadığı məsələlər qabardılır ki, bu da xüsusən gənclərdə özlərinin real vəzziyyəti ilə razılaşmamaq, öz həyatından narazı qalmaq kimi psixoloji narahatlıqlarr səbəb olur. Haqqında danışdığımız serialda da qismən bu məsələlər yer alır. Amma daha çox digər şüuraltına təsir edən, ifadəli desək, “səsi sonra çıxacaq” problemlər çoxluq təşkil edir. Cəmiyyətdən uzaq tutmağa çalışılan problemlər – cinayət, zorakılıq, qadınların daim qurban kimi göstərilməsi manipulyativ olaraq baş qəhrəmanların həyat tərzində müsbət, haqlı hal kimi təqdim olunur və bu da böyüməkdə olan nəslin qəhrəman obrazıını yanlış yöndə formalaşdırır.

Amma serialın ötürdüyü yanlış mesaj bununla bitmir. Yuxarıda qeyd etdiyimiz kimi Şərqdə geniş yayılmış, ölən kişinin həyat yoldaşının onun digər qardaşına ərə verilməsi faktı düşünürdük ki, artıq tarixin qatlarında tozlanıb. Buna qədər elə Azərbaycanın da uzaq şəhər və rayonlarında nadirən belə hallar təkrarlanırdısa, son illərdə olmuş bir hadisə – şəhidin nişanlısının onun qardaşına verilməsi ilə yenidən gündəmə gəlmişdi. Gəlməsi ilə də cəmiyyəti ikiyə bölmüşdü: bu adəti dəstəkləyənlər də vardı, qarşı çıxanlar da. Amma “Uzaq şəhər”də təqdim olunan bu köhnəlməyən adət hər kəsin rəğbətini qazandı.

Rəğbət qazanmış digər ciddi adət isə İslam dünyasının vazkeçilməzi olan qohum evliliyidir. Hətta indiyədək azərbaycanlıları qohum evliliyində qınayan, “öz bacı-qardaşınızla evlənirsiniz” deyən rus tamaşaçılar da əmiuşaqlarının böyük sevgisinə göz yaşı töküb onların evlənməyini arzulayırdılar.

Bu günə qədər davam edən belə evliliklərdən uzun illər təbliğat vasitəsilə uzaq durulmasına çalışılsa da, müsbət nəticə olmadığından Azərbaycan da daxil bir çox ölkələrdə artıq qadağa qoyulub. Azərbaycanda 2025-ci il iyulun 1-də qüvvəyə minən bu qanunla serialın yanlış təbliğatı – qohum nigahlarının normallaşdırılması təəssüf ki üst-üstə düşdü.

Qohumlar arasında sevgi münasibətlərinin, evliliklərin qeyri-etik və tibbi baxımdan ağır fəsadlarla nəticələndiyini qanuni yolla təbliğ etdiyimiz bir zamanda, serialda belə münasibətlər böyük sevgi kimi romantikləşdirildiyi üçün fikirlər yenidən qarışdı. Az bir qismin qınağına qarşı “dərin duyğuların gücü” kimi təqdim edildi.
Nəzərə alsaq ki, gənc auditoriya, xüsusilə yeniyetmələr izlədiklərini tez-tez davranış modeli kimi qəbul edirlər, o zaman serialda qohumlar arasında evlilik emosional, cəzbedici, heç bir neqativ nəticəsi olmayan bir şəkildə verilirsə, bu, onlar üçün yanlış yönləndirici ola bilər.
“Burada bioloji və tibbi risklərin gözdən salınması faktı var. Əslində filmlər, xüsusən də davamlı izlənən seriallar insanlarda ali dəyərləri aşılamalı, cəmiyyəti yanlışdan qorumağı hədəfləməli olduğu halda burada əksinə, yayındırır. Artıq bütün dünya bunu qəbul edir ki, qohum nikahlarının tibbi riskləri var – genetik xəstəliklər təhlükəsi artır ki, bu da sağlam nəsil üçün əngəl yaradır. Serial bu tərəfi tamamilə görməzliyə vurursa, bu, mövzunu qeyri-obyektiv təqdim etmək deməkdir” – psixoloq Zülfiyyə Baxşıyeva bildirir.
Onun sözlərinə görə, bu məsələdə təkcə real həyatda sevgisizlik, laqeydlik görmüş və arzuladığı sevgini ekranda tapmış tamaşaçını qınamaq olmaz. Burada məsuliyyət əsasən ssenaristin, rejissorun üstünə düşür. Çünki qohum nikahı kimi arzuolunmaz, sosial və tibbi cəhətdən problemli mövzular ya tənqidi yanaşma ilə təqdim olunmalı, ya da ümumiyyətlə yayınlanmamalıdır. /Bizim Media/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:400
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 İyun 2025 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri