Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı ilk tədbir FOTO
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Martın 1-də “Çapar-Milli İrsin Tədqiqi Mərkəzi” İctimai Birliyinin ilk tədbiri keçirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə təşkilatın sədri, tarixçi Dilqəm Əhməd məlumat paylaşıb.
O qeyd edib ki, təşkilat “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını” əsas alaraq bəstəkarla bağlı ölkənin ilk yubiley tədbirini təşkil edib.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Üzeyir Hacıbəylinin publisistik fəaliyyətindən bəhs edərək onun irsinin tariximizdəki əhəmiyyətinə toxunub.
Bəstəkar Firudin Allahverdi Üzeyir bəyin Azərbaycan modern musiqisinin yaradıcısı kimi əsərlərini təhlil edib, dövlət himni ilə bağlı fikirlərini bölüşüb.
Tədbirdə iştirak edən Türkiyənin Bakıdakı səfirinin müşaviri Cihangir İşbilir iki dövlət arasındakı mədəni əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyindən danışıb.
Burada həmçinin professor Qulu Məhərrəmli, Ədalət Tahirzadə, Rəşid Behbudov fondunun rəhbəri Kamil Şahverdi, tədqiqatçı-alim Abid Tahirli Üzeyir bəyin əsərlərinin milli irsimiz üçün əhəmiyyətindən danışıblar.
Sonda iştirakçılar Üzeyir bəyin irsinə aid nadir materiallarla tanış olublar.
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 02 Mart 2025 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















