Üzgüçülük Federasiyasına yeni prezident təyin olundu İdmanXəbər
Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Üzgüçülük Federasiyasının ümumi yığıncağı keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.
Yığıncaqda Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin tərkibi yenidən təsdiq edilib. Baş tutmuş səsvermənin nəticələrinə əsasən növbəti 4 il müddətinə Zaur Əliyev Azərbaycan Üzgüçülük Federasiyasının yeni prezidenti, Xaliq İldırımzadə, Dəyanət Sədullayev və Ümid Abuzərli vitse-prezidentlər, Şamil Əbdürrəhmanov, Eldar Abbasov, Ruslan Ələkbərov, Azər Babayev və Mark Koqanov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Sonda Zaur Əliyev göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini bildirib. Federasiyanın sabiq prezidenti Xanlar Fətiyev yeni federasiya prezidentinə və üzvlərinə uğurlar arzulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 24 Yanvar 2025 03:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















