Icma.az
close
up
RU
Vacib qələbə qazandılar, rəhbərlik biganə qalmadı!

Vacib qələbə qazandılar, rəhbərlik biganə qalmadı!

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.

Bu gün Misli Premyer Liqasının 21-ci turu çərçivəsində “Sabah”a qalib gələn “Kəpəz”in üzvlərinin alacağı mükafat bəlli olub.

İdmanxeber.az-a daxil olan məlumata görə, Gəncə klubunun rəhbəri İlqar Nadiri Bakı təmsilçisi ilə oyunda qələbə qazanan komandanın hər bir üzvünə 1500 manat “premya” verəcək. Bu məbləği yalnız əsas heyətdə meydana çıxan futbolçular əldə edəcək.

Sonradan meydana çıxan oyunçular 1125 manat, oynamayan futbolçular isə 750 AZN mükafat qazanıblar.

Qeyd edək ki, “Kəpəz” “Sabah”ı 3:2 hesabı ilə məğlub edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 31 Yanvar 2025 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri