Icma.az
close
up
RU
Valeh Vətəninin özündən çox sevirdi FOTO

Valeh Vətəninin özündən çox sevirdi FOTO

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Baş leytenant Valeh İsbat oğlu Məmiyev Vətənin çətin günündə onun yolunda canını fəda etməyi bacardı. Axı Valeh həyatı dərk edən gündən ürəkdən Vətəninə bağlanmışdı. Onun müqəddəs bir parçası olan Qarabağın düşmən tapdağında olmasını heç cür vicdanına sığışdıra bilmirdi. Məhz həyatını hərbiyə bağlamaqda da məqsədi düşməndən mübarizə meydanında qisas almaq olub.
1994-cü il martın 27-də Yardımlı rayonunun Kürəçi kəndində dünyaya göz açan Valeh Məmiyev ali təhsilini başa vurub 2015-ci ilin dekabr ayında leytenant rütbəsində tank tağım komandiri vəzifəsində xidmətə başlayıb. Və qisa zaman kəsiyində vətənpərvər, təmiz ürəkli, vicdanlı, qeyrətli bir Vətən keşikçisi kimi hörmət sahibi olub. Biliyi, səriştəsi həmişə ona uğur gətirib. 2018-ci ildə tank bölük komandiri vəzifəsinə yüksəlib. Xidmət etdiyi müddətdə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" medalına layiq görülüb.
Valeh Məmiyev 2020-ci ildə Türk-Azərbaycan təlimlərinə qatılıb. İştirak etdiyi bütün sınaqlardan uğurla keçib. Təlimlərin sonunda Türkiyə Müdafiə Naziri Hulusi Akar tərəfindən şəxsən xüsusi fərqlənmə ilə mükafatlandırılıb. Sinəsində əsl qəhrəman ürəyi döyünən Valeh həm də özünü yağıdan qisas almağa tam hazır bilib.
Nəhayət, 2020-c ilin 27 sentyabrda mənfur erməni dığalardan qisas alaraq 30 il əsarətdə olan doğma Vətən torpaqlarını azad etmək məqamı yetişib. Bu şərəfli vəzifəni yerinə yetirmək üçün minlərlə qeyrətli oğul kimi, Valeh də odun-alovu içinə, döyüşə gedib. İlk gündən düşmənə yaxşı divan tutub. Cəbrayıl rayonunun işğaldan azad edilməsində xüsusi şücaət göstərib. Düşmənin çox hərbiçisini, döyüş texnikasını məhv edib. Burada qələbə bayrağımızı sancan əsgər və zabitlərin önündə olub. İgid döyüşçü Qubadlıda şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda", Cəbrayılın, Qubadlının azadlığına görə" medalları ilə təltif edilib.
Yardımlı camaatı öz qəhrəman oğlunu bir belə unutmur, böyüklü-kiçikli həmişə onun xatirəsini əziz tuturlar. Anım günündə də yüzlərlə adam şəhid baş leytenant Valeh Məmiyevin məzarını ziyarət etdilər, üstünə təzə gül dəstələrini qoydular. Çıxışlar zamanı bildirildi ki, Valeh Vətən, torpaq uğrunda şəhid olub. Onun qısa həyat yolu bizim üçün əsl qəhrəmanlıq məktəbidir.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2026 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see356

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see314

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see310

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see307

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see280

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see276

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see271

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see267

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see257

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see254

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see248

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see246

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see232

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see231

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see227

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see226

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see220

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see215

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see213

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri