Icma.az
close
up
RU
Vaqif Cavadov: Beş oyunda qol vura bilməsək də, xallar toplayırıq

Vaqif Cavadov: Beş oyunda qol vura bilməsək də, xallar toplayırıq

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

"Yaxşı oyun oldu. Hər ikisi hissədə mübarizə gördük. İlk hissə bizim üstünlüyümüz şəraitində keçdi. Əfsuslar olsun ki, penaltidən yararlana bilmədik. Amma bu cür rəqibə qarşı matçda bir xal qazanmaq da yaxşıdır. Onlar ikinci yerdə gedir, möhkəm komandadır. Belə rəqiblə görüşdə bu cür oyun nümayiş etdirdiyinə görə komandama alqış düşür. Üzülürük ki, qalib gələ bilmədik. Futbolçularıma təşəkkür edirəm. Qələbələr bizi gözləyir. Belə mübarizə ilə qalibiyyət şansları daha çox olur. Hər iki komandaya bir xal düşməsi, ədalətli idi".

Sportal.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 21-ci turunun “Araz-Naxçıvan”la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

- Oyuna yaxşı başladız, rəqibi yaxşı sıxırdınız. Sonra nə baş verdi?

Birinci hissədə rəqibə şans vermədik. İkinci hissədə isə.. "Araz-Naxçıvan" elə-belə yerə ikinci pillədə getmir. Əvəzetmələri, digər oyunçuların meydana çıxması öz sözünü deyir. Biz də elə-belə komanda deyilik. Bunu dəfələrlə sübut etmişik. Hazırda altıncı pillədəyik, amma hər şey dəyişə bilər. Belə futbolla öz xallarımızı toplayıb, istədiyimiz nəticəni əldə edəcəyik.

- Komanda 5 oyundur ki, qol vurmur...

Bu sualı gözləyirdim. Futbolda termin var ki, qalib gələ bilmirsənsə, uduzma. Beş oyunda qol vura bilməsək də, xallar toplayırıq. Bu gün penaltini dəyərləndirə bilmədik. İşləmək lazım olacaq. Çalışacağıq ki, qarşıdakı oyunda maksimum xal qazanaq. Komandamızın gücü olmasaydı, 90-cı dəqiqədə hücumda olmazdıq. Oyundan-oyuna fərq var, bəzən rəqib səni məcbur edir, yorulursan. Ancaq "Sumqayıt" həmişə qalib gəlmək istəyir. Futbolçularım da bunu dərk edir. Bu gün oyun onu göstərdi ki, evdə dominant, yaxşı futbol oynadıq. Hesab istədiyimiz kimi olmasa da, bu cür rəqiblə görüşdə bir xal məni qane edir.

- Tresor Mossi ilə konflikt yaşadız, sürətli əvəzetmə istəsəz də, 7-8 dədiqəq ləngidi. Nə baş vermişdi?

Sizdən heç nə yayınmır(gülür). Futbolçunu meydana buraxmaq istədim, o da yavaş-yavaş gəldi. Bu da bəlkə anlaşıldı. Biz də nə vaxtsa, futbolçu olmuşuq, hamımız oynamaq istəmişik. Amma hər bir futbolçu dərk etməlidir ki, məşqçi çağırdığı zaman, komandaya kömək etmək üçün dərhal gəlməlidir. İstər 5 dəqiqə, istərsə də 40 dəqiqə olsun. Bu hamıya aiddir. Ona görə də biz bunu başa saldıq. İnanıram ki, belə bir şey bir də olmayacaq.

- Yeni transferiniz Ronaldo Vasqesin durumu nə yerdədir?

Bizim düşərgəmizdədir. Tibbi yoxlanışdan keçib, hər şey qaydasındadır. Sadəcə iştirakı üçün PFL-dən təsdiq gözləyirik. Vərəqə gəlmədiyi üçün bu gün oyunun iştirak ərizəsində yox idi.

- Momo Yansane haqda hansı fikirdəsiz?

Özünüz də görürsüz ki, futbolçuya oxşayır. Biz rəhbərlik, məşqçilər olaraq ən yaxşısını etməyə çalışırıq. Dəvət etmişik. Oyunlar göstərir ki, Momo yaxşı futbolçudur, sadəcə zaman lazımdır. Geridə qalan iki oyunda onun təcrübəsi, hücumçu kimi xüsusiyyətləri görünür. Çalışacağıq ki, onu növbəti oyunlara fiziki cəhətdən duruma gətirək.

Mirbağırağa

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://sportal.az
archiveBu xəbər 01 Fevral 2025 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri