Icma.az
close
up
RU
Vaqif Hüseynov Afinada 10 dan çox şirkətlə əməkdaşlıq razılaşması əldə etdi

Vaqif Hüseynov Afinada 10 dan çox şirkətlə əməkdaşlıq razılaşması əldə etdi

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Yunanıstanın paytaxtı Afinada Azərbaycan və Yunanıstan arasında iqtisadi və biznes əlaqələrinin genişləndirilməsinə həsr olunmuş biznes forumu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikası və Yunanıstan Respublikası arasında iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclası çərçivəsində təşkil olunan tədbir Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Yunanıstanın investisiya və ticarətin təşviqi qurumu Enterprise Greece tərəfindən təşkil edilib. Forumda hər iki ölkədən 90-dan çox şirkət iştirak edib.

Tədbirdə Caspian Business Hub-ı qurumun Avropa üzrə səfiri Vaqif Hüseynov təmsil edib. Forum çərçivəsində Vaqif Hüseynov 20-dən çox şirkətin nümayəndələri ilə işgüzar müzakirələr aparıb və 10-dan çox şirkətlə konkret əməkdaşlıq razılaşmaları əldə edib. Yaxın günlərdə bu razılaşmaların memorandumlarla rəsmiləşdirilməsi gözlənilir.

Görüşlər zamanı enerji, mühəndislik, sənaye, investisiya və beynəlxalq layihələr sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Xüsusilə Yunanıstanın enerji infrastrukturu sahəsində fəaliyyət göstərən DESFA və mühəndislik xidmətləri üzrə ixtisaslaşmış Asprofos Engineering şirkətlərinin nümayəndələri ilə keçirilən görüşlərdə mümkün tərəfdaşlıq istiqamətləri nəzərdən keçirilib.

Vaqif Hüseynov bildirib ki, bu cür beynəlxalq forumlar Azərbaycan şirkətlərinin Avropa bazarına çıxış imkanlarının genişləndirilməsi, xarici investorlarla əlaqələrin qurulması və qarşılıqlı faydalı biznes əməkdaşlığının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Caspian Business Hub-ın Afinadakı fəaliyyəti qurumun Avropa istiqamətində beynəlxalq əlaqələrinin genişləndirilməsi və Azərbaycanla Avropa şirkətləri arasında yeni biznes körpülərinin qurulmasına xidmət edir. Əldə olunan razılaşmaların yaxın günlərdə memorandumlarla rəsmiləşdirilməsi və konkret birgə layihələrə çevrilməsi nəzərdə tutulur.

Caspian Business Hub haqqında

Caspian Business Hub beynəlxalq biznes əlaqələrinin qurulması, investisiya imkanlarının araşdırılması, şirkətlərarası əməkdaşlığın inkişafı və Azərbaycan biznesinin beynəlxalq bazarlara inteqrasiyasına dəstək göstərmək məqsədilə yaradılmış biznes platformasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 Oktyabr 2026 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri