Icma.az
close
up
RU
Vaqif Sadıqov: İndiki halda böyük dəyişikliklərə əl atmaq tezdir

Vaqif Sadıqov: İndiki halda böyük dəyişikliklərə əl atmaq tezdir

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Ayrı-ayrı vaxtlarda müxtəlif limit şərtləri barədə düşünürük. Demək olar hər il limit məsələsi müzakirə olunur. Ancaq bu vaxta kimi istədiyimizə nail ola bilməmişik". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov bildirib.

Məşqçilər Komitəsinin sədri gələcəkdə legioner limitinin ləğvinin qaçılmaz olduğunu da vurğulayıb:
"Məncə, gələcəkdə inkişaf üçün limitin ləğvi qaçılmaz olacaq. İndiki vaxtda isə əmması var... İndi yerli futbolçulara qapıları bağlayırıqsa, ayrı bir qapı açmalıyıq. Əgər açırıqsa, Birinci və İkinci Liqada istədiyimiz nəticəni görə bilməyəcəyik. Futbolçular inkişafdan geri qalacaq. Ya da qapını açırıqsa, Avropanın hansısa ölkəsində çıxış etsinlər. Ancaq həmin ölkələrin çempionatları bizim liqalardan qat-qat zəifdirsə, onda nəyə görə biz bu qapıları açırıq? İlk növbədə vahid bir sistem və işlək mexanizm yaratmaq lazımdır". 
Sadıqov indiki vaxtda böyük dəyişikliklərə əl atmağın tez olduğunu da bildirib:
"Həmişə demişəm ki, biz islahatlara piramidanın başından başlayırıq. Amma aşağı liqalardan başlayaraq rəqabəti orda yaratmaq lazımdı. Təzyiq altında çıxış edən futbolçular ildən ilə püxtələşəcək. İndiki halda böyük dəyişikliklərə əl atmaq tezdir. Vaxtı ilə Region Liqası yaratmaqla futbolu regionlara qaytarmağa çalışdıq. Aşağıdan yuxarıya görülən işlər üçün böyük infrastrukturlar olmalıdır ki, yaxşı meydanlarda rəqabətli çempionatda çıxış etsinlər".

Qeyd edək ki, Misli Premyer Liqasında legioner limitinin ləğvi məsələsi gündəmdədir. Bu ay AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək və bununla bağlı yekun qərar veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sport24.az
archiveBu xəbər 07 Yanvar 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri