Icma.az
close
up
RU
Vardanyanın həyat yoldaşı və oğlu onun müraciətlərini geniş auditoriyaya yaymaqla məşğuldurlar

Vardanyanın həyat yoldaşı və oğlu onun müraciətlərini geniş auditoriyaya yaymaqla məşğuldurlar

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Ruben Vardanyan həbsxanadan ailə üzvləri ilə telefonla əlaqəsi saxladıqda erməni cəmiyyətinə və beynəlxalq aləmə ünvanlanan bəyanatlar göndərir. Erməni saytları Vardanyanın həyat yoldaşı ilə son danışığından sonra onun xatirəsini yayıb. O 39 il əvvəl SSRİ dövründə hərbi xidmətə çağrıldığını və xidmət üçün Bakıya göndərildiyini bildirib. Bu zaman guya zabitlərdən biri ona yaxınlaşıb 300 rubl qarşılığında Vardanyanı xidmət üçün Ermənistana göndərəcəyini vəd edib.

Vardanyan zabitə bildirib ki, onun bu qədər pulu yoxdur. Vardanyanın sözlərinə görə, guya sonda əsgər yoldaşlarının köməyi ilə 50 manata Bakıdan Ermənistana köçürülüb. Vardanyan həyat yoldaşına danışdığı xatirəsində 39 il əvvəl ona pul verən əsgər yoldaşlarına minnətdar olduğunu vurğulayıb. Vardanyan bunu danışdıqdan sonra illər sonra guya qazandığı pulları xeyriyyə işlərinə xərclədiyini bildirib. Həmin “xeyriyyə işləri” içərisində erməni separatçılarını silahla təhcizat etməsi barədə heç nə yoxdur.

Bu bəyanatlar və xatirələr həcmcə böyük olduğundan böyük ehtimalla Vardanyan fikirlərinin ailə üzvlərinin telefonlarının yaddaşında saxlanılmasını və daha sonra mediaya ötürülməsini istəyir. Vardanyanın həyat yoldaşı və oğlu onun müraciətlərini geniş auditoriyaya yaymaqla məşğuldurlar. Maraqlıdır ki, Vardanyandan başqa məhkəməsi davam edən digər separatçıların bəyanatları erməni saytlarında yayımlanmır. Özünü separatçı dostlarından fərqləndirmək istəyən Vardanyanın məqsədi aydındır. O bu yolla özündən Nelson Mandela “düzəltmək” istəyir. Ancaq Nelson Mandela Cənubi Afrika Respublikasının həbsxanasında daha ağır şərtlər altında saxlanılırdı və ailə üzvlərinə bəyanatlar və uzun mətnlər göndərə bilmirdi.

Elxan Şahinoğlu,

politoloq

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Mart 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri