Varşava Putinin Polşanın hava məkanından keçərkən həbs olunmayacağına zəmanət vermir
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Polşa Rusiya Prezidenti Vladimir Putinin ölkənin hava məkanından istifadə edəcəyi təqdirdə, onun həbs olunmayacağına zəmanət verməyib.
APA xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski “Radio Rodzina”ya bildirib.
“Mən zəmanət verə bilmərəm ki, müstəqil Polşa məhkəməsi belə bir təyyarənin aşağı endirilməsi və şübhəli şəxsin Haaqa məhkəməsinə təhvil verilməsi üçün hökumətə göstəriş verməyəcək. Məncə Rusiya tərəfi də bundan xəbərdardır. Buna görə də əgər bu sammit baş tutacaqsa, ümid edirəm təcavüzün qurbanı da burada iştirak edəcək və Putinin təyyarəsi fərqli marşrutdan istifadə edəcək”, - Polşa XİN rəhbəri qeyd edib.
Qeyd edək ki, Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ildə Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair order verib.
Xatırladaq ki, Putin Budapeştdə ABŞ Prezidenti Donald Trampla görüşəcək.


