Icma.az
close
up
RU
Varşavada Azərbaycan Polşa biznes forumu və iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9 cu iclası keçirilib

Varşavada Azərbaycan Polşa biznes forumu və iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9 cu iclası keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 24 oktyabr, AZƏRTAC

Polşanın paytaxtı Varşava şəhərində Azərbaycan və Polşa respublikaları arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası və iclas çərçivəsində Azərbaycan-Polşa biznes forumu keçirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlərdə iştirak etmək üçün Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Polşaya səfər edib.

Əvvəlcə, nazir K.Heydərov və Hökumətlərarası Komissiyanın Polşa tərəfindən həmsədri, Polşanın iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini Mixal Baranovski Azərbaycan-Polşa biznes forumunun açılış mərasimində iştirak ediblər.

Tədbirdə çıxış edən K.Heydərov iki ölkə arasında siyasi əlaqələrin uğurlu inkişafının iqtisadi əməkdaşlığın da genişlənməsi üçün əlverişli imkanlar yaratdığını qeyd edib. Sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması, eləcə də nəqliyyat, dəmir yolu infrastrukturu, kənd təsərrüfatı, turizm, qida, tikinti, enerji və digər sahələrdə əməkdaşlığın inkişafının ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. Azərbaycanda xarici sərmayədarlar üçün formalaşdırılmış əlverişli biznes və investisiya mühitinin Polşa şirkətlərinin ölkə iqtisadiyyatına sərmayə yatırmaları baxımından geniş imkanlar yaratdığını bildirən nazir keçirilən biznes forumun iqtisadi əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Forumda çıxış edən M. Baranovski Azərbaycan və Polşa arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, bu istiqamətdə məqsədyönlü tədbirlər görüldüyünü, keçirilən biznes forumun münasibətlərin inkişafına müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi AZPROMO, Azərbaycanın Mərkəzi Avropa üzrə Ticarət Nümayəndəliyi və Polşa İnvestisiya və Ticarət Agentliyinin (PAIH) birgə təşkilatçılığı ilə keçirilmiş biznes forumda Azərbaycan və Polşadan ümumilikdə 130-dan çox iş adamı iştirak edib.

Daha sonra Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası öz işinə başlayıb.

İclasda çıxış edən Komissiyanın Azərbaycan tərəfindən həmsədri K. Heydərov səfər zamanı göstərilən qonaqpərvərliyə görə Polşa tərəfinə təşəkkür edib.

Azərbaycan-Polşa münasibətlərinin tarixi köklərə və qarşılıqlı hörmətə əsaslandığını xatırladan nazir iki ölkə liderləri arasında keçirilən səmərəli görüşlərin və mövcud qarşılıqlı etimadın ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrin daha da inkişafı üçün möhkəm əsaslar yaratdığını bildirib. Bu çərçivədə hazırkı iclasın ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin daha genişlənməsinə, eləcə də davamlı tərəfdaşlığın yeni layihələr və praktiki təşəbbüslər vasitəsilə möhkəmləndirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Komissiyanın Bakıda keçirilmiş 8-ci iclası çərçivəsində imzalanmış sənədlər üzrə ötən dövr ərzində həyata keçirilmiş məhsuldar fəaliyyətdən danışan K.Heydərov vurğulayıb ki, Komissiyanın əvvəlki qərarlarının icrası nəticəsində Azərbaycan-Polşa iqtisadi əlaqələrində müsbət nəticələr əldə edilib, sənaye və kənd təsərrüfatının müxtəlif sahələri, enerji, logistika və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi məqsədilə praktiki addımlar atılıb.

İclasda çıxış edən M. Baranovski ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edib, iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu xatırladıb və Hökumətlərarası Komissiya çərçivəsində səmərəli fəaliyyətdən danışıb.

İclasda qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi edilib, Komissiya üzvlərinin fikir və təklifləri dinlənilib, müzakirələr aparılıb.

İclasın sonunda “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasının Protokolu” imzalanıb. Protokolu Komissiyanın həmsədrləri – K.Heydərov və M. Baranovski imzalayıblar.

Həmçinin iclas çərçivəsində “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Polşa Respublikasının Baş Baytarlıq Müfəttişliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva və Polşa Baş Baytarlıq Müfəttişliyinin rəisi Pavel Meyer imzalayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri