Icma.az
close
up
RU
VaşinqtonBakı münasibətlərində yeni mərhələ İrəvanı təlaşa salıb Kaspinin TƏHLİLİ

VaşinqtonBakı münasibətlərində yeni mərhələ İrəvanı təlaşa salıb Kaspinin TƏHLİLİ

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rəsmi Bakı ilə Ağ Evin yeni rəhbərliyi arasında ilk təmas artıq reallaşıb. Prezident İlham Əliyev noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa zəng edib. Donald Trampı yenidən prezident seçilməsi münasibətilə təbrik edən dövlət başçısı qeyd edib ki, seçkidə inamlı qələbə xalqın onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsidir. İlham Əliyev vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq. Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlət başçısı ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirib.

Prezident Donald Tramp öz növbəsində səmimi təbriklərə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. Donald Tramp ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini qeyd edib.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

İlkin təmas artıq reallaşıb

Göründüyü kimi, artıq Ağ Evə qayıdışa hazırlaşan Tramp və onun administrasiyası qarşıdakı dörd ildə dünya siyasətində hansı rol oynayacağının, müxtəlif bölgələr, o cümlədən Cənubi Qafqazla bağlı hansı mövqenin sərgilənəcəyinin planlarını cızmaqdadır. Bu baxımdan ilkin təmasların bu siyasətin formalaşdırılmasına təsiri və rolu mühüm əhəmiyyət daşıyır. Xatırladaq ki, Prezident İlham Əliyev hələ bir müddət əvvəl - Şuşa mediaforumunda Azərbaycan üçün ən uyğun seçimin məhz Donald Tramp olduğunu demişdi. "Donald Trampın prezidentliyi dövründə bizim çox səmərəli əməkdaşlığımız olub. Bu əməkdaşlıq qarşılıqlı hörmət üzərində qurulub və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi", - deyə Prezident İlham Əliyev bildirib.

Azərbaycanın ali rəhbərliyinin bu açıqlaması rəsmi Bakının qarşıdakı dörd ildə ikitərəfli münasibətlərin yenidən məhz bu prinsiplər - qarşılıqlı hörmət və dəstək üzərində qurulacağına ümid etdiyini göstərir.

Güclü dövlət konsepsiyası

Əslində, Donald Trampın əvvəlki siyasi kursunu davam etdirəcəyi onun seçkiqabağı kampaniya müddətində verdiyi bəyanatlarla da təsdiqlənir. Proqnozlar ondan ibarətdir ki, Tramp ilk prezidentliyi dövründə olduğu kimi, bu dəfə də Vaşinqtonun xarici siyasət kursunu ənənəvi ABŞ modelindən çıxararaq özünəməxsus şəkildə davam etdirəcək. Bunun ilkin işartıları da görünməkdədir.

Trampın da siyasi doktrinasının əsasını güclü dövlət konsepsiyası təşkil edir. Hansı ki, bu konsepsiya Azərbaycanın ali rəhbərliyi tərəfindən illərdir reallaşdırılmaqdadır. Məhz bu konsepsiyanın uğurla reallaşdırılması Azərbaycanın beynəlxalq səviyyədə müstəqil xarici siyasət yürütməsinə, milli maraqların güclü şəkildə müdafiə olunmasına şərait yaradır. Yeni reallıqlar dünya güclərinin Bakı ilə hesablaşmaq məcburiyyətində qalmasını zəruri edir.

Güclü lider məfhumu

Təbii ki, bu siyasətin digər mühüm bir faktoru həm də güclü lider məfhumudur. Hansı ki, Prezident İlham Əliyev dörd il öncə Vətən müharibəsində bütün təzyiqlərə baxmayaraq, dövlətimizin ərazi bütövlüyü və suverenliyini təmin etməklə xalqının, dövlətinin əsl lideri olduğunu bütün dünyaya nümayiş etdirib. Bu amil dünyada ədalətin, ənənəvi dəyərlərin qorunması istiqamətində Azərbaycan modelinin nümunə kimi göstərilməsini şərtləndirir.

Vaşinqtonun xarici siyasət kursuna ciddi təsir edəcək

Bir çox dövlət başçıları, siyasi liderlər Azərbaycanın yürütdüyü məlum siyasətdən yararlanaraq beynəlxalq böhranın hökm sürdüyü mövcud şəraitdə öz dövlətçilik ənənələrini, varlıqlarını qorumaq uğrunda mübarizə aparırlar. Ağ Evin yeni rəhbərinin siyasi portretinin analizi onu deməyə əsas verir ki, Donald Tramp məhz güclü liderlərlə, öz dövlətinin inkişafı üçün müstəqil uğurlu siyasət yürüdən dövlət başçıları ilə qarşılıqlı əlaqələrin inkişafında, ünsiyyətdə olduqca maraqlıdır. Ekspertlər də proqnozlaşdırırlar ki, Trampın şəxsi münasibətlərə mühüm əhəmiyyət verməsi Vaşinqtonun qarşıdakı dörd ildə xarici siyasət kursuna ciddi təsir göstərən amillərdən biri olacaq.

İrəvan təlaş içində

Təbii ki, Azərbaycan üçün yeni Tramp dönəmini maraqlı edən tək ikitərəfli münasibətlər yox, həm də Ağ Evin yeni administrasiyasının Cənubi Qafqazda sülh və sabitlik naminə İrəvan-Bakı danışıqlarında sərgiləyəcəyi mövqedir. İrəvanda bu istiqamətdə ciddi təlaş içindədirlər. Bir çoxları Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanı məhz demokratların siyasi əsəri hesab edirlər. ABŞ-də erməni lobbisinin Trampa yaxın və onun komandasında yer alacaq siyasi fiqurlarla təmasları intensivləşdirdiyinə dair məlumatlar yayılır. Lakin bu təmasların o qədər də uğurlu alınmadığı, Trampın siyasi baxışlarına ciddi təsir etmədiyi deyilir. İrəvanda bu qənaətdədirlər ki, Ermənistanı Rusiyaya qarşı mübarizədə özünün Cənubi Qafqazdakı qalasına çevirən demokratların bu illər ərzində göstərdikləri səylər Trampın qələbəsi ilə təhlükə altına düşüb. Çünki Trampın Ukrayna böhranına yanaşması demokratlardan köklü şəkildə fərqlənir ki, bu da Ermənistanın ABŞ üçün əhəmiyyətini yeni administrasiya dönəmində minimuma endirir. Bu amil Azərbaycanla sülh danışıqlarında da mühüm rol oynayacaq. Paşinyanın və erməni revanşistlərin sülhdən qaçmaq planlarının pozulacağı da istisna deyil. Çünki Tramp tarixə yeni müharibələr başladan lider yox, məhz müharibələri sonlandıran prezident kimi düşmək istəyir.

Göründüyü kimi, gələn il yanvarın 20-dən ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ başlayır. Bu mərhələdə Bakının qarşı tərəfdən gözləntiləri olduqca aydındır. Müstəqil siyasi kursa, yeni reallıqlara, ədalətli sülhün təmininə qarşılıqlı hörmət və ikili standartların ortadan qaldırılması. Trampın bu gözləntiləri hansı dərəcədə doğruldacağını isə zaman göstərəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Noyabr 2024 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri