Icma.az
close
up
RU
Vaşinqtonda dəhşət: Tramp tədbirdən təxliyə edildi, hücumçu saxlanıldı

Vaşinqtonda dəhşət: Tramp tədbirdən təxliyə edildi, hücumçu saxlanıldı

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-də mühüm siyasi tədbir zamanı baş verən silahlı insident ciddi təhlükəsizlik narahatlığı yaradıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Ağ Ev Müxbirləri Assosiasiyası tərəfindən təşkil olunan və Washington Hilton hotelində keçirilən qəbul zamanı qeydə alınıb.

ABŞ Prezidenti Donald Trump tədbirdə iştirak edərkən zalda qəfil yüksək səslər eşidilib və bu, iştirakçılar arasında çaxnaşmaya səbəb olub. Təhlükəsizlik əməkdaşları dərhal hərəkətə keçərək prezidenti, birinci xanım Melania Trampı, vitse-prezident J. D. Vansi və digər rəsmi şəxsləri zaldan təxliyə ediblər.

İlkin məlumatlara görə, atəş səsləri hotelin foyesində qeydə alınıb.

Prezident Tramp sonradan etdiyi açıqlamada hücumçunun saxlanıldığını təsdiqləyib. Onun sözlərinə görə, silahlı şəxs təhlükəsizlik məntəqəsinə bir neçə silahla hücum etməyə cəhd edib və ABŞ-nin Məxfi Xidməti əməkdaşlarının operativ müdaxiləsi nəticəsində zərərsizləşdirilib.

Tramp hüquq-mühafizə orqanlarının fəaliyyətini yüksək qiymətləndirərək onların “çox sürətli və peşəkar” davrandığını bildirib.

Hadisə zamanı Məxfi Xidmətin bir əməkdaşı atəş nəticəsində xəsarət alıb. Lakin onun üzərindəki qoruyucu zireh ağır nəticələrin qarşısını alıb. Prezident həmin əməkdaşın vəziyyətinin yaxşı olduğunu qeyd edib.

Hadisədən dərhal sonra hücumçunun taleyi ilə bağlı fərqli məlumatlar yayılsa da, rəsmi açıqlamalara əsasən onun sağ ələ keçirildiyi bildirilir. İlkin ehtimallara görə, hücumçu təkbaşına hərəkət edib, lakin bu, istintaqın nəticəsindən sonra dəqiqləşəcək.

Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açmağa cəhd edən şəxsin Kaliforniyanın Torrens şəhərindən olan 31 yaşlı Kol Tomas Allen olduğu məlumatı yayılıb.

Baş verən insident səbəbindən qəbul planlaşdırıldığı kimi davam etməyib. Prezident Tramp tədbirin gələcəkdə yenidən keçirilə biləcəyini qeyd edib.

Bu hadisə ABŞ-də yüksək səviyyəli tədbirlərdə təhlükəsizlik məsələlərinin yenidən gündəmə gəlməsinə səbəb olub. İstintaq davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Aprel 2026 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri