Vaşinqtonla Berlin arasında İran gərginliyi Trampdan Merzə: “Nə danışdığını bilmir”
Bakupost saytına istinadən Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp onun İran siyasətini tənqid edən Almaniya Baş naziri Fridrix Merzə kəskin cavab verib.
Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti bildirib ki, Merz İranın nüvə silahına sahib olmasının yaratdığı təhlükəni düzgün qiymətləndirmir.
Tramp vurğulayıb ki, İranın nüvə silahı olsaydı, bütün dünya faktiki olaraq girov vəziyyətinə düşərdi. Onun fikrincə, hazırda İranla bağlı atdığı addımlar əslində digər ölkələrin liderlərinin daha əvvəl atmalı olduğu addımlardır. Tramp Merzin məntiqinə işarə edərək Almaniyanın həm iqtisadi, həm də digər sahələrdə geriləməsinin təəccüblü olmadığını deyib.
Xatırladaq ki, Almaniyanın Baş naziri bir gün əvvəl verdiyi iki ayrı açıqlamada ABŞ-nin İran siyasətini sərt şəkildə tənqid edib. O bildirib ki, Vaşinqton İran rəhbərliyi tərəfindən “alçaldılır və zəif göstərilir”.
Digər çıxışında isə Merz ABŞ və İsrailin İran məsələsindəki yanaşmasından məyus olduğunu ifadə edib. Onun sözlərinə görə, bu ölkələr problemin qısa müddətdə həll olunacağını düşünürdü, lakin reallıqda vəziyyət daha mürəkkəbdir və hələ də həllini tapmayıb.
Beləliklə, Vaşinqton və Berlin arasında İran məsələsi üzərindən ritorika sərtləşib və tərəflər arasında fikir ayrılığı daha açıq formaya keçib.
Röya Rizvanzadə, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 29 Aprel 2026 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















