Icma.az
close
up
RU
Vəfa hekayəsi: Yapon dilini öyrəndi və ulu babasının məzarını tapdı

Vəfa hekayəsi: Yapon dilini öyrəndi və ulu babasının məzarını tapdı

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Trabzonlu 17 yaşlı lisey şagirdi Yavuz Səlim Durmuş Yaponiyada batan "Ərtoğrul Friqatı" gəmisinin hekayəsindən ilhamlanaraq o ölkədə şəhid olan Trabzonlu əcdadlarının izlərini tapıb. 

Sherg.az xəbər verir ki, Yapon dilini 3 ildə öz zəhməti ilə öyrənən Durmuş burs qazanaraq Yaponiyaya gedərək gəmi qəzasında şəhid olan əcdadlarının məzarı başında dua edib.


"Ərtoğrul Friqatı" 1887-ci ildə Yaponiya imperatoru Meiji tərəfindən Osmanlı Sultanı II Mehmed üçün tikilib. Əbdülhəmidə göndərdiyi hədiyyələr müqabilində dostluq və hədiyyələrdən ibarət bir heyətlə Yaponiyaya getməyi qərara alıb.

Türk-Yapon dostluğunun ilk addımını atan gəmi uzun və çətin bir səfərdən sonra Yaponiyaya çatdı və Osmanlı nümayəndə heyəti Yaponiya imperatoru Meiji ilə görüşərək hədiyyələr təqdim etdi. Ancaq İstanbula qayıdarkən, 16 sentyabr 1890-cı ildə fırtınaya məruz qalan gəmi Yaponiyanın Kuşimoto sahillərində qayalara çarpdıqdan sonra batdı və təxminən 600 nəfərlik heyətdən yalnız 69 nəfər sağ qalıb.

Bu dəniz qəzasında ölənlərdən biri də Trabzonun Tonya rayonundan olan Mehmetin oğlu Abdullah Kuzoğludur.


Trabzonun Ortahisar rayonundakı Dursun Əli Kurt Anadolu İmam Hatip Liseyinin 12-ci sinif şagirdi Yavuz Səlim Durmuş, əcdadı Mehmetin Tonya rayonundan Osmanlı Donanmasında xidmət edən oğlu Abdullah Kuzoğlunun hekayəsini  ağsaqqalların dilindən eşitdiyini söyləyir.

Hər şeyin uşaqlıq arzusu ilə başladığını ifadə edən Durmuş, “Bu ekspedisiyaya Tonyadan yalnız bir nəfər qatıldı. Mən babalarımın, əcdadlarımın kim olduğunu bilmək istəyirdim. Kiçik yaşlarımdan həmişə Yaponiyaya getmək, məzarı başında dua etmək, ona təşəkkür etmək istəyirdim. Mən orta məktəb illərinin əvvəlində bu arzu ilə yapon dilini öyrənməyə başladım. Üç ilin sonunda heç bir kurs keçmədən, kompüterlərdən, kitablardan və lüğətlərdən istifadə edərək yapon dilini təkbaşına öyrənə bildim.


Yaponiya hökumətinin hər il 100 əcnəbi tələbəyə təqaüd verdiyini ifadə edən Durmuş, “Hər il başda Asiya və G7 ölkələrindən olmaqla dünyanın hər yerindən yüz tələbə Yaponiyadakı liseylərdə təhsil almaq hüququ qazanır. Yaponiya hökuməti tərəfindən verilən Asiya Kakehashi Təqaüdü proqramı üzrə imtahan verdim və sonra bütün müsahibələrdən uğurla keçdim. Türkiyədə çox məhdud kvotalar olsa da, Yaponiyaya getməyi bacardım. Sonra təsadüfən Kuşimotonun bağlı olduğu, "Ərtoğrul Friqatı"nın batdığı Vakayama əyalətinə göndərildim. 4 ay orada yaşadım. Mən oradakı arxivləri araşdırarkən babalarımızın, əcdadlarımızın dəfn olunduğu yeri tapdım. Dəniz qəzasında şəhid olan Osmanlı əsgərləri üçün tikilmiş abidədə Yasin-i Şərifi oxudum” deyə bildirir.

Yapon dilini 3 ildə daha yüksək səviyyəyə çatdırdığını qeyd edən Durmuş qeyd edir: “Orta məktəb illərimin əvvəlindən üç ildə yapon dilimi müəyyən səviyyəyə çatdırmağı bacardım. Daha sonra Yaponiyaya gedəndə ətrafımdakı insanlara davamlı olaraq suallar verdim və onlarla danışmağa çalışdım və bununla da yapon dilimi ən yüksək səviyyəyə çatdırdım. Orada çox insanla tanış oldum”.


"Əvvəlcə Tokioya getdim" deyən Durmuş davam edir:  "Oradan qalacağımız yerə bölündük. Yapon dilini tək başıma öyrəndiyim üçün onu ən çox yayılan ləhcə olan Tokio ləhcəsi ilə öyrəndim.  Göndərildiyim bölgədə qarışıq ləhcələrdə danışılırdı. ilk getdiyim yerdə kiçik bir ünsiyyət problemi yaşadım, insanlarla necə ünsiyyət quracam, necə danəşacam deyə qoruxurdum. Daha sonra danışa-danışa onlar mənə tələffüzü öyrətdi. Mən də sürətli onları təkrar etməyə çalışdım.

Zatən Türkiyədə kəlimələri əzbərləmişdim. Sadəcə tələffüzlərdə problemlər yaşayırdım, bunu da Yaponyaya gedərək aşdım. Yaponyada girdiyim imtahanlarda sertifikatımı aldım. 4 aylıq kursun sonunda təkrar Trabzona döndüm. İndi Yaponyadakı imtahanlar üçün çalışıram. Təkrar Yaponyada təhsil almaq istəyirəm.  Təəssüf ki, Trabzonda yapon dili təhsili verən kurs və ya müəllim olmadığı üçün özbaşıma öyrənirəm” .

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Yanvar 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri