Icma.az
close
up
RU
Vəkil olmaq istəyənlərin DİQQƏTİNƏ

Vəkil olmaq istəyənlərin DİQQƏTİNƏ

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan razılığa əsasən, 28.11.2025-ci il tarixdə saat 10:00-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulub.

"Cebheinfo.az" xəbər verir ki, imtahanda iştirak etmək niyyətində olan namizədlər tərəfindən sənəd qəbulunun 19.11.2025-cü il tarixədək davam edəcəyi nəzərə alınmalıdır. Həmçinin elektron qaydada müraciəti təsdiq edilən, ancaq imtahanda iştirak üçün nəzərdə tutulan ödənişi etməyən şəxslər 19.11.2025-ci il tarixədək “Şəxsi kabinet” vasitəsilə ödənişi həyata keçirməlidirlər. Əks təqdirdə, test imtahanında iştirak üçün buraxılış vərəqəsini əldə edə bilməyəcəklər.

Qeyd olunmalıdır ki, keçirilməsi nəzərdə tutulan test imtahanına namizədlər buraxılış vərəqəsi ilə buraxılacaqlar. Bu səbəbdən namizədlərdən imtahanda iştirak üçün buraxılış vərəqəsini imtahandan 3 gün əvvəl namizədin elektron şəxsi kabinetinə və ya dim.gov.az saytına daxil olaraq çap etmələri xahiş olunur.

Eyni zamanda, namizədlərdən müəyyən olunan vaxtdan ən geci 1 saat əvvəl imtahanın keçiriləcəyi DİM-in Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusuna şəxsiyyət vəsiqələri və buraxılış vərəqələri ilə birlikdə yaxınlaşmaları xahiş olunur.

Əlavə olaraq bildirilir ki, hazırda sənəd qəbulu elektron (https://barassociation.az/candidate-login) qaydada davam edir. Vəkilliyə qəbulla bağlı elektron qeydiyyatdan keçmiş şəxslər 19.11.2025-ci il tarixədək ödəniş edə və ya elektron müraciətlərini təxirə sala bilərlər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri