Icma.az
close
up
RU
Vələmirdən hazırlanan kisel Sağlamlıq üçün için

Vələmirdən hazırlanan kisel Sağlamlıq üçün için

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Vələmir dənli bitki kimi uzun illərdən bəri insanın taleyində xüsusi rol oynayıb. Xalq təbabətində insanların sevimli bitkisinə çevriib. Vələmir bitkisindən dərman preparatları ilə yanaşı, müxtəlif vasitələr də hazırlanır. Bu da zaman-zaman ehtiyyac duyulan anlarda istifadə olunur. 

Saglamolun.az vələmir haqqında yazını təqdim edir:

Vələmir unu, bir hisə qaynadılmış soyuq su (1:1) götürüb üzərinə azca maya və yaxud çovdar çörəyi əlavə edib 12- 24 saat müddətində qıcqırdırlar. Bu müddət ərzində kiselin hazır olub-olmamasını yoxlamaq üçün dadma baxırlar. Elə ki, dadı xoşa gəldi deməli kisel hazırdır. Bu zaman kisel olan qazanı isti qalsın deyə qalın dəsmal ilə örtürlər. Sonra yenidən ehtiyatla qazanın üst hissəsində olan mayeni süzüb götürüb və yerdə qalan kütləni odun üzərinə qoyub kisel hazır olanadək qaynadırlar.

Elə ki kisel hazır oldu, ondan qablara tökür, üzərinə bitki yağı əlavə edib yeyirlər. Soyudulmuş kisel isə o qədər bərk olur ki, hətta onu bıçaqla kəsib götürür, qaba qoyub üzərinə süd, yaxudbişirilmiş və ya qızardımış soğan əlavə edib rahat qəbul edirlər. Bu cür xörəyi ruslar «rahat hulqum» adlandırırlar. Hətta rus xalq nağıllarında «süd arxı kisel sahəsi» kimi deyim vardır. Kisel kəskin doydurucu xüsusiyyətə və turşməzə dada malikdir. Vələmirdən hazırlanan kisel qiymətli pəhriz xörəyi sayıldığından ondan mədə şirəsi turşuluğunun aşağı salınmasında həzm sisteminin yaxşılaşdırılmasında qəbizliyin aradan qaldırılmasında və bağırsaq şişmələrində istifadə edilir.

Kisel qəbul edən xəstələr qeyd edirlər ki, onlann əhvali-ruhiyyəsi yaxşılaşır orqanizm qüvvətlənir və həzm sistemləri normal işləyir. Vələmir yarmasının tərkibində zəngin biotin maddəsi, xolesterin amin turşuları və zülal maddələri fəal rol oynadığına görə bu məhsul vitaminlər qrupuna daxil edilir. Çoxlu miqdar biotin maddəsi qara ciyərdə zülal birləşmələri şəklində toplandığı halda bitkidə sərbəst halda toplanır. İnsan orqanizminin biotin maddəsinə olan gündəlik tələbatı 200 mikroqram olduğu halda hamilə qadınlarda 300 mikroqrama çatır. Biotin bağırsaqlarda patogen təsirə malik olmayan qida bakteriyaları tərəfindən sintez olunur. Biotin maddəsi orqanizmdə antibiotik preparatlar qəbul edən zaman kəskin surətdə azalmağa başlayır.

Çünki antibiotiklər bağırsaqlarda biotin sintez edən mikrobları kəskin surətdə məhv edir. Buna görə də xəstə antibiotik preparatları qəbul edən zaman çalışmaq lazımdır ki, o, tərkibi zülal, şəkər və sulu karbohidratlarla zəngin olan xörəklər yesin. Orqanizmdə biotin maddəsinin azalması nəticəsində xəstə zəifləyir, əzginləşir, yuxusu azalır, iştahı pozulur, əzələ ağrıları müşahidə olunur, dad hüceyrələri fəaliyyətini itirir, dil məməcikləri atrofiyaya uğrayır. Orqanizmdə biotinin çatışmaması nəticəsində dəri quruyur, onda qat və qabıqlar əmələ gəlir. Tez soyuq dəyir və tüklər tökülməyə başlayır. Bu xüsusiyyətlərin aradan qaldırılmasına kömək etdiyinə görə Polşada vələmirdən hazırlanan sıyığı «gözəllik eliksiri» adlandırırlar.

Vələmirdən hazırlanan qida məhsulları və müalicəvi preparatlar. Vələmir yarmasından fəsəli: 100 qram vələmir yarması, 2 xörək qaşığı buğda unu, 3 xörək qaşığı süzgəcdən keçirilmiş pendir, 2 ədəd yumurta, yarım litr süd, bıçağın ucunda çay sodası, 4 xörək qaşığı bitki yağı və duz götürün

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri