Vens: Son 36 saat ərzində aparılan müzakirələr məhsuldar keçib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 22 iyun, AZƏRTAC
ABŞ və İran arasında texniki səviyyədə danışıqlar İsveçrədə davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens İran nümayəndə heyəti ilə keçirilən görüşlərdən sonra jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ nümayəndə heyətinin əhəmiyyətli hissəsi danışıqları davam etdirmək məqsədilə İsveçrədə qalıb. İran tərəfi də işin davam etdirilməsi üçün nümayəndə heyətinin böyük hissəsini danışıqların keçirildiyi məkanda saxlayıb.
ABŞ-İran təmaslarının nəticələrini dəyərləndirən Vitse-prezident qeyd edib ki, son 36 saat ərzində aparılan müzakirələr məhsuldar keçib.
Qeyd edək ki, tərəflər arasında danışıqlar İranın nüvə proqramı və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsinin davam etdirilməsi məqsədi daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 22 İyun 2026 23:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















