Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

İraola: “Belə bir şey baş verməməlidir”

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Vernidub çempion olmaq istəyir, bəs Neftçi ? YAZI

Vernidub çempion olmaq istəyir, bəs Neftçi ? YAZI

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Təbii ki, baş məşqçi Yuri Vernidubla "Neftçi"ni sərlövhədə bir-biriylə əlaqəsi olmayanlar kimi təqdim etdiyimə görə məni qınaya bilərsiz. Axı ukraynalı postuna təyin olunduğu gündən özünü illərin "Neftçi"lisi kimi aparır. İstər yerli, istərsə də xarici mətbuata açıqlamalarında kluba bağlılığından, hədəflərinin böyüklüyündən bəhs edir. Mütəxəssis son müsahibəsində bir qədər də irəli gedib və çempionluq arzusunu dilə gətirib:

"Niyə Azərbaycanda da çempion olmayım ki?!"
Görünür, Valdas Dambrauskaslı "Sabah"ın "Qarabağ"ı uzun müddət sonra “taxtdan endirməsi” ölkəmizdə fərqli klubların da çempion ola biləcəyi gerçəyini ortaya qoyub. Lakin bütün tələblərin qarşılanması şərti ilə. Demək olar ki, qüsursuz sistemə malik "köhlən atlar" ən kiçik səhvi belə bağışlamır. İş ondadı ki, Vernidub çempionluğa tamah salsa da, "ağ-qaralar"da bu cür əhval-ruhiyyə müşahidə edilmir. Yox-yox, paytaxt təmsilçisinin çempion olması mümkünsüz deyil. Hətta büdcə, azarkeş dəstəyi, infrastruktur kimi amilləri nəzər alsaq, "Neftçi"nin belə uğuru heç kimi təəccübləndirməz. Ancaq bakılıların mövsümlərarası fasiləyə yanaşması bu yöndə ümid vermir.
Bəli, komanda təlim-məşq toplanışı üçün başqa ölkəyə - Sloveniyaya yollanıb və orda yoxlama oyunları keçirir. Lakin kollektivin heyətin formalaşdırmasıyla bağlı siyasətindən çempionluq niyyətinin qoxusu gəlmir. "Ağ-qaralar" yay "transfer pəncərəsi"ndə bir yerli, üç əcnəbi futbolçuyla güclənib. Hələ üstəlik "Neftçi" Konfrans Liqasında mübarizə aparacaq. Premyer-liqa və ölkə kubokunda da uğur qazanmağın vacibliyini nəzərə alsaq, paytaxt təmsilçisinin daha çox transferə ehtiyacı var. Hələ onu demirik ki, bu ərəfədə "Qarabağ" transferlərdən doymur, "Sabah"da isə daş atsan, futbolçuya dəyər.
Kəsəsi, "Neftçi" həqiqətən də 90 illik yubileyini azı bir titulla qeyd etmək istəyirsə, kisənin ağzını bir qədər də açmalıdı. Vernidubla müqavilə müddətini uzatmaq bəs deyil. Çünki gəmi su buraxırsa, kapitan ən yaxşı halda öz canını qurtara bilər!
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 İyul 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see342

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see313

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see276

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see264

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see260

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see250

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see248

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see246

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see243

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see239

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see235

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see234

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see228

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see223

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see219

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see219

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see219

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see209

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see202

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri