Icma.az
close
up
RU
Vəsaitlərin idarəedilməsi yeni yanaşmaları zəruri edir Vüqar Gülməmmədovla MÜSAHİBƏ

Vəsaitlərin idarəedilməsi yeni yanaşmaları zəruri edir Vüqar Gülməmmədovla MÜSAHİBƏ

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Modern.az saytına müsahibə verib. 
- Vüqar müəllim, büdcə vəsaitlərinin təyinatı və ünvanı üzrə planlaşdırılması, yeni tələbatların müəyyən edilməsi baxımından 2025-ci ilin büdcəsini necə qiymətləndirirsiniz?
 

- Məlum olduğu kimi, ilin sonunda 2025-ci ilin dövlət büdcəsinin gəlirləri 38,4 mlrd. manat, xərcləri isə 41,4 mlrd. manat məbləğində təsdiq edilmişdir.

Cari ilin büdcəsi ilə bağlı parlament müzakirələri zamanı fikirlər söylənildi, sonda münasibət bildirildi. Büdcə xərcləri ölkəmizin ən vacib strateji sənədini diqqətdə saxlayır. Hesab edirik ki, 2025-ci ilin dövlət büdcəsi strateji sənədlərimizdəki tədbirlərin, o cümlədən sosial-iqtisadi inkişafın, təhlükəsizliyin, işğaldan azad olunmuş ərazilərin bərpası və ölkə iqtisadiyyatına inteqrasiyası ilə bağlı planlaşdırılmış fəaliyyətlərin maliyyə təminatını özündə ehtiva edir.

Biz 2025-ci ilin büdcəsi ilə bağlı beş məsələni vurğulamaq istərdik. Birincisi, cari xərclərin payı üstünlük təşkil edir. Cari xərclərin artım tempi büdcənin artım tempindən təxminən 3 faiz bənd artıqdır. Cari xərclərin artımına eyni zamanda sosialyönlü xərclər də ciddi təsir edir.
İkincisi, növbəti ildə cari xərclərlə yanaşı, əsaslı xərclər də, o cümlədən işğaldan azad edilən ərazilərin bərpası da diqqət mərkəzində saxlanılacaqdır. Təxminən büdcənin 10%-i işğaldan azad edilən ərazilərin bərpasına yönəldiləcəkdir.
Üçüncüsü, borca xidmət xərclərinin əhəmiyyətli artımı müşahidə edilir.
Dördüncüsü büdcə xərclərinin təxminən 5-də biri müdafiə və milli təhlükəsizlik istiqamətinə yönəldiləcəkdir. Sonuncu məsələ gəlirlərlə bağlıdır. Qeyri-neft gəlirləri dövlət büdcəsi gəlirlərinin 51,1%-ni təşkil edir. Bu sektorun gəlirlərinin pay ifadəsində neft sektorunu üstələməsi bəzi xərclərin maliyyə təminatının formalaşdırılması üçün neft sektorunun gəlirlərinin mütləq ifadədə artırılması fonunda nəzərdə tutulur ki, bu da müsbət məqam kimi qiymətləndirilməlidir.

Büdcə vəsaitlərinin təyinatı və ünvanı üzrə planlaşdırılmasına gəldikdə bildirim ki, bu rəylərdə qiymətləndirdiyimiz əsas məsələlərdəndir. Biz gəlir və xərclərin düzgün nəzərdə tutulub və icra olunmasını vahid büdcə təsnifatı ilə müqayisə edirik. Qeyd edim ki, son illərdə bu istiqamətdə əhəmiyyətli irəliləyiş izlənilir. Müsbət məqamlardan biri də odur ki, büdcə sənədləşməsi Parlamentə təqdim edilənədək düzgün planlamama ilə bağlı məqamların əksər hissəsi aradan qaldırılır. Bu ildə bu təcrübəyə şahid olduq. Eyni zamanda, uyğunsuzluqların bir hissəsi də təsdiq edilmiş büdcədə diqqətdə saxlanılmaqla düzəldildi.
 

- Hazırda ölkənin maliyyə sistemində müşahidə edilən əsas təhdid xam neftin qiymətinin dünya bazarlarında dəyişməsi səbəbindən gəlirlərin azalmasıdır. Sizcə bu prosesdə nələrə diqqət yetirilməlidir?
 

- Məlum olduğu kimi, büdcədə neftin qiyməti 70 dollar həcmində nəzərə alınmışdır. Son illərdə ilk dəfədir ki, ilkin qiymət 70 dollardır. Biz rəydə nüfuzlu təşkilatların neftin qiymətinə dair proqnozları göstərmişik.

“Büdcə zərfi”ndə neftin qiyməti fiskal risklərə aid edilib. Biz də həmin risklə bağlı mövqeyi bölüşürük. Hesab edirik ki, neft sektoru üzrə bugünkü büdcə proqnozları kifayət qədər real hesablamalara əsaslanır. Qiymət dəyişikliyinə qarşı mitiqasiya tədbirlərinin müəyyənləşdirilməsi də bu riskin diqqətdə saxlandığını göstərir və qiymət amilinin təsirinin minimallaşdırılmasına imkan verir.


- Hesablama Palatası nəzarət tədbirlərini mütəmadi olaraq davam etdirir. Büdcə vəsaitlərinin istifadəsində hansı nöqsanlara yol verilir və əsasən hansı sahələrdə pozuntular aşkarlanır?
 

- Sualınızla bağlı əsas nəticələr fəaliyyət haqqında Hesabatda açıqlanacaq. Hazırda Hesabatın tərtibinə başlamışıq. Amma mən bir məqama toxunum ki, əvvəlki illərdə olduğu kimi, büdcə qanunvericiliyinin pozulması, dövlət satınalmaları və əsaslı vəsait qoyuluşu sahəsindəki nöqsanlar üstünlük təşkil edir.

Son dövrlər aktuallaşan daha bir məqam da var. Bu, qurumların təşkilati-hüquqi formasının dəyişdirilməsi, başqa sözlə, sırf büdcə təşkilatı kimi fəaliyyət göstərən qurumların sayının azalması, təsərrüfat-hesablı müəssisələrin sayının artımı ilə bağlıdır. Bu isə öz növbəsində yeni institusional vahidlərdə vəsaitlərin idarəedilməsi üzrə yeni yanaşmaların yaranmasını zəruri edir.


- “Dövlət satınalmaları haqqında” Qanun ötən ildən qüvvəyə minib. Qanunun tətbiqindən ötən dövr ərzində bu sahədə vəziyyət necədir?
 

- Dövlət satınalmaları ilə bağlı ətraflı təhlillərdən sonra sualınıza daha dəqiq cavab verə bilərik. Bununla bağlı nəticələri 2024-cü ilin dövlət büdcəsinin icrasına dair Rəydə paylaşmağı düşünürük.

İlkin müşahidələrimizin nəticələrini isə açıqlaya bilərəm. Hesablama Palatasının apardığı təhlillər dövlət satınalmaları sahəsində yeni qanunvericiliyin tətbiqinin bir sıra müsbət dəyişikliklərə töhfə verdiyini deməyə imkan yaradır. Məsələn, dövlət satınalmalarının elektron portal vasitəsilə həyata keçirilməsinin genişləndirilməsi, nəzarət orqanının səlahiyyətlərinin artırılması və bu sahədə cari nəzarətin gücləndirilməsi, satınalan təşkilatın cari ilin satınalma planında nəzərdə tutulmayan və bir büdcə ili ərzində cəmi dəyəri hüquqi aktla müəyyən edilmiş müvafiq məbləğədək olan alışlarının keçirilməsinə sərbəstliyin verilməsi, çərçivə sazişinin tətbiqinə başlanılması və s. dövlət satınalmalarını həyata keçirən qurumların maliyyə vəsaitinin icrasında şəffaflığın artımına müsbət təsirlərini ötürür.

Qeyd olunan müsbət məqamlarla yanaşı, tətbiq edilən yeni qanunvericilik aktının aşağıdakı digər təsirləri də (xüsusilə ilin ilk yarısında) müşahidə olunmuşdur:

Yeni qanunvericiliyin satınalan təşkilatlar tərəfindən tam mənimsənilməməsi, habelə satınalmaların keçirilməsi zamanı müvafiq razılıqların verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərin kifayət qədər çox olması, həmçinin satınalmalarla bağlı təsdiqləmələrin hüquqi aktla müəyyən edilmiş son gündə verilməsi satınalma prosedurlarının keçirilməsi və müqavilələrin bağlanılmasında yubanmalara səbəb olmaqla dövlət büdcəsinin vəsaitinin aidiyyəti istiqamətdə reallaşdırılmasına mənfi təsir etmişdir.

Qiymətləri ölkə bazarında konkret olan malların qanunvericiliklə dövlət satınalmalarının əhatə dairəsindən istisna edilməməsi, habelə yuxarıda qeyd edilən bəzi amillər satınalan təşkilatlar tərəfindən bir mənbədən satınalma metoduna müraciətlərin artmasına səbəb olmuşdur.

Qanunvericilikdə dövlət satınalmalarının keçirilməsi üçün minimum məbləğlərin müəyyən edilməməsi ehtimal olunan qiyməti cüzi məbləğlə ifadə olunan predmetlər üzrə dövlət satınalmalarının bəzi hallarda baş tutmaması ilə nəticələnmişdir.

Dövlət satınalmaları ilə bağlı müvafiq portalın funksionallığının yeni qanunvericiliyə tam uyğunlaşdırılmaması satınalan təşkilat tərəfindən müvafiq prosedurların (məsələn, çərçivə sazişi) həyata keçirilməsində çətinliklərin yaranmasına səbəb olmuşdur.


- Dövlət satınalmalarında satınalınan mal və xidmətlərin dəyərinin yüksək göstərilməsi halları müşahidə edilirmi?
 

- Məlum olduğu kimi, dövlət satınalmalarını tənzimləyən qanunvericilik müxtəlif satınalma metodlarının tətbiqini mümkün edir.

Qanunun 45-ci maddəsində müəyyən edilmiş metodlardan birinin -  açıq tenderin tətbiqi, bu metodun mahiyyəti və fəlsəfəsi mal və xidmətlərin dəyərinin yüksək göstərilməsi ifadəsi ilə artıq uzlaşmır. Başqa sözlə, sırf bu metod üzrə hesab edirəm ki, elektron satınalmaların tətbiqindən sonra bu suala cavab verilməsi ali audit orqanı olan Hesablama Palatasının mandatından kənarlaşan məsələdir. Digər metodların tətbiqində isə bu məsələ auditlər zamanı diqqətdə saxlanılacaqdır.
 

- Hesablama Palatasının aşkarladığı nöqsanların aradan qaldırılması mexanizmləri necədir? Buna laqeyd yanaşan qurumlara qarşı hansı tədbirlər görülür?
 

- Qanunvericilik kifayət qədər yaxşı hesab ediləcək mexanizmlər müəyyən edib. Hətta təkliflərimizin icra edilməməsi müəyyən məsuliyyət yaradır. Audit təkliflərinin məqsədi müvafiq fəaliyyətlərin gücləndirilməsi, obyektin məsuliyyətinin artırılmasıdır.

Əgər siz statistikaya nəzər salsanız görərsiniz ki, təxminən audit təkliflərinin 70 faizi ilk ayda yerinə yetirilir. Bu, kifayət qədər yaxşı göstəricidir. 2024-cü ildə aşkarladığımız nöqsanların aradan qaldırılması istiqamətində görülən işlərlə isə cari ildə açıqlanacaq fəaliyyət Hesabatı vasitəsilə tanış ola bilərsiz.

Haşiyəyə çıxaraq bildirim ki, ötən il Hesablama Palatasının rəsmi saytında bununla bağlı xüsusi bölmə də yaradılıb. Bu bölmə bir tərəfdən ölkə mövqeyimizin beynəlxalq reytinqlərdə artırılmasına yönəlibsə, digər tərəfdən qurumların maliyyə intizamına xidmət edir.
 

- Təyinatı üzrə xərclənməyən vəsaitlərin sonrakı taleyi necə olur?
 

- Bu məsələ ilə bağlı ən vacib məqam təyinatı üzrə xərclənməyən vəsait anlayışının qanunvericilikdə verilməməsidir. Düzdür, məsuliyyət müəyyən edilib. Amma çərçivə olmadan məsuliyyətin olması da icra prosesində, eləcə də auditdə sualların yaranması ilə nəticələnə bilər.

Təyinat dəyişikliyi anlayışını yalnız büdcə təsnifatı ilə məhdudlaşdırmaq olmaz. Bu anlayış bir çox məsələləri əhatə etməlidir.


- Məlum olduğu kimi, “Büdcə sistemi haqqında” Qanuna dəyişikliklər Parlamentdə müzakirə üçün təqdim edilib. Hesablama Palatasının bu layihəyə münasibəti necədir?
 

- Bəli, vurğuladığınız kimi layihə Parlamentə təqdim edilib. Layihə üzrə dəyişiklikləri 3 istiqamətdə qruplaşdırmaq olar.

1-ci istiqamət Hesablama Palatasının əvvəlki rəylərində də qaldırılan məsələlərin həllinə yönələn dəyişikliklər. Bəzi təklifləri 3 və daha çox ildir irəli sürürdük.

2-ci istiqamət büdcə qaydasının yeni yanaşma əsasında müəyyən edilməsi ilə bağlıdır. İllik hədəflənmədən ortamüddətli hədəflənməyə keçid edilir. Bu çevikliyi artıracaq. Amma aralıq hədəflər daha çox diqqətdə saxlanılmalıdır.

3-cü istiqamət vahid xəzinə hesabının istifadə istiqamətlərinin dəqiqləşdirilməsi ilə əlaqəlidir. Burada bizim əvvəlki rəylərdə də qeyd etdiyimiz məqamlar var. Müəyyən məsələlər üzrə, xüsusilə büdcə ssudasının 1 ildən daha çox müddətə verilməsi ilə bağlı məsələ üzrə fərqli yanaşmamızın olmasını da bildirməliyəm. Eyni zamanda, Hesablama Palatası olaraq vahid xəzinə hesabının qalığının passiv deyil, aktiv idarəedilməsi məsələsini dəstəkləyirik.

Bu dəyişikliklərlə yanaşı, Hesablama Palatası olaraq əlavə təkliflərlə də çıxış etmişik. Xalis maliyyə aktivləri anlayışına yenidə baxılmasını, büdcə sənədləşməsinə icmal büdcə gəlirlərinin təsnifat üzrə daxil edilməsini, büdcə təşkilatı, büdcədən maliyyələşən təşkilat və büdcədən maliyyə yardımı alan təşkilat anlayışlarının çərçivəsinin dəqiqləşdirilməsi, icbari dövlət şəxsi sığorta gəlirlərinin büdcədənkənar dövlət fondunun gəlirləri kimi tanınmasının vacibliyini bildiririk.
 

- Dövlət İnvestisiya Proqramı ilə bağlı Qaydalar yeni redaksiyada qüvvəyə mindi. Qaydalara əsasən,  Hesablama Palatası qarşısında hesabatlılıq artırılır. Bu barədə fikirləriniz və planlarınız nədir?
 

- Bəli, Cənab Prezidentin tərəfindən Qaydalar yeni redaksiyada təsdiq edilmişdir. Qaydalara əsasən, Dövlət İnvestisiya Proqramının maliyyələşdirilmə mənbələri artırılır. Bildirməliyəm ki, mənbələrin artımında bizim də təkliflər nəzərə alınıb. Bununla yanaşı, Qaydalara verdiyimiz bir çox digər təklif də nəzərə alınıb.

Eyni zamanda, Qaydalarda dövlət investisiyaları sahəsində cari nəzarətin gücləndirilməsi ilə bağlı tələblər təsbit edilir.

Bundan əlavə, qeyd etdiyiniz kimi, büdcə prosesinin müxtəlif mərhələlərində investisiya layihələrinə dair məlumatların Hesablama Palatasına təqdim edilməsi ilə bağlı tələblər müəyyənləşdirilib. Hesab edirik ki, bu ölkəmizdə dövlət maliyyəsinin hesabatlılığının gücləndirilməsi istiqamətində atılan növbəti addımlardandır. Hesablama Palatası olaraq Dövlət İnvestisiya Proqramının analitik fəaliyyət çərçivəsində təhlilini nəzərdə tuturuq. Bu nəzarət tədbiri 2025-ci ilin İş Planına da əlavə oluna bilər və ya 2026-cı İş Planında nəzərə alına bilər. Hazırda müvafiq istiqamətdə qiymətləndirmələr aparılır.

Analitik fəaliyyət çərçivəsində digər məsələlərlə yanaşı, ilk dəfə olaraq layihələr üzrə texniki əsaslandırmaların mövcudluğunun, həmçinin müvafiq əsaslandırmaların hüquqi-aktların tələblərinə uyğun tərtibinin,  habelə investisiya qoyuluşlarının gələcək dövr üçün yaratdığı əlavə istismar xərclərinin qiymətləndirilməsinin aparılması da nəzərdə tutulur.
 

- Cari il üçün planlarınız barədə məlumat verməyinizi istərdik.
 

- Cari ildə ekoloji auditləri davam etdirmək niyyətindəyik. Bundan əlavə, Türkiyə, Pakistan ali audit orqanları ilə paralel auditləri nəzərdə tutur, işğaldan azad edilmiş ərazilərdə tikinti layihələrinin pre və post auditi təcrübəsinin, tematik auditlərin genişləndirilməsini, nəqliyyat sahəsi üzrə auditləri planlaşdırırıq.

Bu il ilk dəfə olaraq Ali Audit Orqanlarının Asiya Təşkilatının İdarə Heyətinin üzvü kimi kifayət qədər mötəbər sayılan tədbirə - bu qurumun illik toplantısına ev sahibliyi edəcəyik. Qeyd edim ki, tədbir çərçivəsində AROBASAI və ASOSAI-ın birgə iclasının keçirilməsi də planlaşdırılır. Burada ərəb ölkələrinin və asiya ölkələrinin ali audit orqanlarının da rəhbərlərinin iştirakı gözlənilir.

Cari ildə həm də məsafədən audit və dövlət auditində böyük verilənlərin təhlili təcrübəsinin tətbiqi üçün təşəbbüslərlə çıxış etmək istəyirik. Bu çərçivədə yeni sisteminin hazırlanması nəzərdə tutulur. Bu sistemin mərkəzi portal vasitəsilə müxtəlif qurumlardan sənədlərin toplanmasını və avtomatlaşdırılmış emalını (analizini) təmin etməklə audit fəaliyyətini optimallaşdıran və keyfiyyətini artıran bir sistem olmasını planlaşdırırıq. Bu təşəbbüsün tətbiqi məlumatların qəbul prosesinin tam rəqəmsallaşdırılması ilə operativliyin yüksəldilməsinə, risk meyarlarının və tərtib olunmuş ssenarilər əsasında ilkin tapıntıların müəyyən edilməsinə imkan verəcəkdir.

Bu niyyətimizi nə qədər uğurlu olacağını isə zamanla biləcəyik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Fevral 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri