Icma.az
close
up
RU
“Vətən” musiqi qrupu iki nominasiya üzrə beynəlxalq festivalın qalibi olub

“Vətən” musiqi qrupu iki nominasiya üzrə beynəlxalq festivalın qalibi olub

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 9 iyul, AZƏRTAC

İyulun 1-dən 6-dək Litvanın Şaulyay şəhərində keçirilən X Beynəlxalq Folklor və İncəsənət Müsabiqə-Festivalına iki nominasiya üzrə qatılmış “Vətən” musiqi qrupunun üzvləri (xanəndə Səfalı Mirzəliyev, tar Ruslan Zərbaliyev, kamança Pərviz Fərhadov, nağara Elnur Əliyev) hər iki kateqoriya üzrə birincilik qazanaraq festivalın xüsusi mükafatına layiq görülüblər.

Azərbaycanın Litvadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, qrup folklor ansamblları nominasiyası üzrə I yerin qalibi olub.

Festivalın bədii rəhbəri Darius Daknys və təşkilat komitəsinin sədri Zenonas Ripinskis tərəfindən qrup üzvlərinə Litvanın milli musiqi aləti hədiyyə edilib. Onlar, həmçinin “Festivalın ən yaxşı musiqiçiləri” adına və xüsusi mükafata layiq görülüblər. Tarzən Ruslan Zərbaliyev isə instrumental ifa nominasiyasında çıxış edərək qalib olub, diplom və pul mükafatı ilə təltif edilib.

Festivala UNESCO-nun Beynəlxalq Xalq Yaradıcılığı və İncəsənət Təşkilatı (IOV), eyni zamanda, Beynəlxalq Rəqs Festivalları Federasiyası (FIDAF) rəhbərlik edib. Ümumilikdə 41 ölkənin qatıldığı müsabiqədə Azərbaycanla yanaşı Litva, Latviya, Portuqaliya, Serbiya, Rumıniya, Slovakiya, Şimali Makedoniya, Sloveniya, Macarıstan, İspaniya, Estoniya və digər ölkələr təmsil olunublar.

Altı ölkədən nümayəndələrin qatıldığı beynəlxalq münsiflər heyətinə tanınmış folklor ifaçısı Dr. Loreta Sungailienė sədrlik edib. Heyətə həmçinin Katalin Gabriel Oancea, Qabriel Frontera Mestre, Mafalda Patricia Silva Rego, Diana Martinaitienė, Kristina Kuprytė və Darius Daknys daxil olublar.

Müsabiqədən sonra “Vətən” musiqi qrupu Litvanın Siauliai, Zarenai və Meskuicay şəhərlərində geniş konsert proqramları ilə çıxış edib. Qrup üzvləri konsertlər zamanı tamaşaçıları yerli dildə salamlayıb, Litvanın Dövlət himnini Azərbaycan milli musiqi alətlərində ifa edib və Azərbaycan xalq rəqslərini yerli iştirakçılara öyrədiblər. Musiqiçilərimizin çıxışları izləyənlər tərəfindən böyük maraqla qarşılanıb.

Festival zamanı keçirilən parad və yürüşlərdə də iştirak edən “Vətən” musiqi qrupu Azərbaycan bayrağını ön sıralarda dalğalandırıb. Həmçinin Azərbaycan bayrağı 7 gün ərzində Şiauliai şəhərinin mərkəzi küçəsində dalğalandırılıb.

Bundan əlavə, qrup üzvləri şəhərin meri ilə də görüşüblər. Görüş zamanı musiqiçilərimiz milli musiqi alətlərindən ibarət hədiyyələri merə və festival komitəsinin sədrinə təqdim ediblər.

Sonra Litvanın paytaxtı Vilnüs şəhərində yerləşən Azərbaycan səfirliyi ziyarət olunub. Orada Azərbaycan Respublikasının Litvadakı səfiri Tamerlan Qarayevlə görüş keçirilib. Səfir musiqiçilərimizi təbrik edib, onlara sənət fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, “Vətən” musiqi qrupunun üzvləri həm respublika, həm də beynəlxalq müsabiqələrin qalibləri olmaqla yanaşı, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri