Icma.az
close
up
RU
Vətəndaş sadə dildə həqiqəti deyir

Vətəndaş sadə dildə həqiqəti deyir

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xll Qlobal Bakı Forumu beynəlxalq gündəliyin ən vacib məsələlərindən birinə həsr olunmuşdu: “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”. Bu gün baş verənlər deməyə əsas verir ki, indiki mərhələdə yeni dünya nizamı ilə bağlı plan və düşüncələrin hamısı olmasa da, bir qismi artıq reallaşmaq üzrədir. Beş-on il əvvəl bunları kim dilinə gətirsəydi, ən yaxşı halda onu xəyalpərəst adlandırardılar. Amma dünya nizamı yenidən şəkillənir, ona görə də bir çoxları, hətta Avropanın aparıcı dövlətləri belə, müasir çağırışlar qarşısında “nə etməli” sualı ilə üz-üzə qalır və  onun cavabını tapmaqda, yekdil qərara gəlməkdə çətinlik çəkir. Vaxtilə hesablaşmadıqları, sərgilədikləri selektiv yanaşma nəticəsində əhəmiyyətini heçə endirdikləri vahid beynəlxalq hüquq məkanı indi onlar üçün bir xəyaldır. Prezident İlham Əliyev martın 13-də Xll  Qlobal Bakı Forumu zamanı “Euronews” televiziya kanalına verdiyi müsahibə zamanı mövcud siyasi mənzərəni nəzərə alaraq, yeni çağırışların doğurduğu reallığa bu cür qiymət verdi: “Birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır... İkincisi, gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir”.

Tarixi Qələbəmizi həzm edə bilmədiklərindən Azərbaycanı hədəf seçən, ölkəmizə qarşı çirkin qarayaxma kampaniyası aparan dairələr, nəhayət, özlərində güc tapıb etiraf etməlidirlər ki, təhlükəsiz dünya nizamının bugünkü vəziyyətə düşməsinin əsas səbəbkarı elə onların özləridir. Əgər həmin dairələr uzun onilliklər ərzində coğrafiyalar arasında fərq qoymasaydı, beynəlxalq hüququn və ədalətin bərpasında etnik və dini təəssübkeşlik kimi cahil arqumentə üstünlük verməsəydi, bu gün dünya sivilizasiyası münaqişə və müharibələrdən indiki qədər əziyyət çəkməzdi. Onlar, həqiqətən, ədalətin və hüququn tərəfində olsaydılar, separatizm kimi təhlükəli çağırışa münasibətdə heç vaxt ayrı-seçkilik etməzdilər. AŞPA və Avropa Parlamenti kimi təşkilatların Ukraynada həbs olunan və ya zərərsizləşdirilən separatçılara görə toplaşdığını, yaxud onlara “siyasi məhbus” və ya “girov” dediklərini nə zamansa gördükmü? Görmədik və görməyəcəyik. Amma Azərbaycana gəldikdə, utanmadan bunu etdilər və hələ də edirlər.

Həmin təşkilatlarda aparılan müzakirələr zamanı onu da gördük ki, Azərbaycanda separatçılığın aradan qaldırılmasına yönələn 44 günlük Vətən müharibəsinin və birgünlük  antiterror əməliyyatının legitimliyini şübhə altına almağa çalışan Avropa parlamentarilərinin yeganə arqumenti cahil etnik və dini təəssübkeşlikdən doğan siyasi riyakarlıqla bağlıdır. Ən acınacaqlısı budur ki, ölkəmizə qarşı qarayaxma kampaniyası aparanlar əsl niyyətlərini ört-basdır etmək üçün demokratiya və insan haqları pərdəsi altında gizlənməkdən də utanmırlar. Bu gün isə nə baş verir?  ABŞ-nin vitse-prezidenti C.D.Vens Avropanı söz azadlığından və demokratiyadan imtina etməkdə qınayır. İtaliyanın Baş naziri Ciorcia Meloni isə elə bugünlərdə Financial Times-a müsahibəsində etiraf edir ki, “Avropa  özünü bir az itirib”. Bütün bunlar həm də onu göstərir ki, Avropa yürütdüyü ayrı-seçkilik siyasətinin acı bəhrəsini dadmağa başlayıb. Prezident İlham Əliyev bu il yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycanın haqlı mübarizəsinə kölgə salmaq istəyənlərə belə cavab vermişdi: “Siz Ukraynanın ərazi bütövlüyünü ikiəlli dəstəkləyirsiniz, silahlar verirsiniz, milyardlarla pul verirsiniz. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik, niyə siz bizi cəzalandırmaq istəyirsiniz? Buna cavab verin. Cavab da yox idi. Cavab da bəllidir ki, bu, ikili standartlardır”. 

İstər Şərqi Avropada, istərsə də Yaxın Şərqdə münaqişə və müharibə ocaqlarının alovlanması, minlərlə günahsız insanın həyatına son qoyulması məhz bu cür siyasətin əks-sədasıdır. Ayrı-seçkilik siyasəti yürüdülməsəydi, BMT Təhlükəsizlik Şurasının Azərbaycana aid məlum dörd qətnaməsi 27 il ərzində kağız üzərində qalmaz, ATƏT-in Minsk qrupunun fəaliyyəti isə 28 il boyunca səmərəsiz olmazdı. Kim iddia edə bilər ki, guya üç nüvə dövlətinin, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçünün işğala son qoymaq üçün Ermənistana gücü çatmadı. Prezident İlham Əliyev martın 18-də Ağdərənin Suqovuşan kəndində inşa olunmuş yaşayış kompleksinin istifadəyə verilməsi mərasimindəki çıxışı zamanı bu “səmərəsiz” fəaliyyətin səbəblərini də açıq mətnlə ifadə etdi: “Onların hər üçünün məqsədi  bu idi, burada bunların üçü də bir amal uğrunda birləşmişdi. Halbuki bu ölkələrin arasındakı indiki münasibətlər göstərir ki, bu, çox nadir bir hal idi. Yəni,  nəyi göstərirdi, hər üçü Ermənistanın arxasında idi, hər üçü müxtəlif yollarla Ermənistanı dəstəkləyirdi. Biri silah verirdi, biri siyasi dəstək verirdi, biri iqtisadi imtiyaz verirdi”. 

Bütün bunlara baxmayaraq, Azərbaycan sübut etdi ki, xalqın arzusu Lider qətiyyəti ilə bütövləşəndə, heç bir güc tarixi ədalətin və beynəlxalq hüququn bərpasına mane ola bilmir, Ordu isə öz Ali Baş Komandanının əmrlərini yerinə yetirmək üçün hər cür fədakarlığa hazır olur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Onların hər biri Azərbaycanın müqəddəs dəyəridir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan irimiqyaslı bərpa-quruculuq işləri, keçmiş köçkünlərin doğma torpaqlarına qayıdışı Şəhid qanının əbəs olmadığını və yerdə qalmadığını bir daha sübut edir. Sıfırdan qurulan infrastruktur, tikilən məktəb və xəstəxanalar, ucaldılan məscidlər, yaradılan iş yerləri köçkünlük həyatının sona gəldiyinin təsdiqidir.  Erməni vandallarının viran qoyduğu şəhər və kəndlərimizin yenidən qurulması həm də tarixi Zəfərimizin qorunması və əbədiləşdirilməsi missiyasının Azərbaycan Dövləti, Azərbaycan Prezidenti üçün birnömrəli vəzifə olduğunu hər kəsə nümayiş etdirir. 

Danılmaz həqiqətlərdən biri də budur ki, dünyada çox nadir ölkə öz gücünə güvənərək müharibə apara, müharibədən sonra isə yalnız daxili imkanları hesabına quruculuq işlərini görə bilir. Bugünkü Azərbaycan sübut edir ki, kənardan yardım almadan, kimdənsə kömək ummadan ərazilərini bərpa etmək, vətəndaşlarını doğma yurdlarına qaytarmaq gücündədir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Novruz Bayramı ərəfəsində Ağdərənin Həsənriz və Suqovuşan, martın 27-də isə Ağdamın Sarıcalı kəndinin sakinlərinə yeni mənzil və fərdi yaşayış evlərinin təqdim olunması həm də onu təsdiq edir ki, Azərbaycan vətandaşı  özünün bugününə, övladlarının isə etibarlı gələcəyinə tərəddüdsüz inanır. Çünki bu inamın təməlində mənsub olduğu Dövlətin gücü və qayğısı, güvəndiyi Liderin xalqımıza və milli-mənəvi dəyərlərimizə səmimi bağlılığı  dayanır. Azərbaycan insanı bu gerçəkliyi və səmimiyyəti görür, buna görə də ona dəyər verir, lazım bildiyi halda isə, Suqovuşanda olduğu kimi, Prezidentə və birinci xanıma münasibətini özünəməxsus sadə və saf dildə bu cür ifadə edir: “Səmimi insanlarsınız. Xalq Sizi sevir, həqiqətən də elədir!” 

Ülvi Quliyev                                                                     Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Mart 2025 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see437

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see282

“Xarici təsirlərə bağlı qruplar, şəxslər, ictimai fiqurlar var...” İlahiyyatçı

31 İyul 2026 11:45see273

“120 dəqiqəlik oyuna hələ tam hazır deyilik” Qurban Qurbanov

31 İyul 2026 02:28see268

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

31 İyul 2026 17:44see256

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

01 Avqust 2026 10:11see255

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

31 İyul 2026 17:03see253

“Windows 11”də RAM problemi tarixə qovuşur

31 İyul 2026 02:28see252

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

31 İyul 2026 14:56see250

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 21:37see226

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

31 İyul 2026 19:21see221

“Real” “Levante”nin hücumçusu Karlos Espini alıb

31 İyul 2026 02:14see216

Moskvada rusiyalı milyarder həbs edildi

31 İyul 2026 00:27see205

Sautqeyt Premyer Liqada işləyə bilər

31 İyul 2026 01:56see203

Türkiyədə gözlənilməz həbs: İqtidara yaxınlığı ilə tanınan jurnalist saxlanıldı

31 İyul 2026 05:02see198

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

01 Avqust 2026 02:12see182

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

01 Avqust 2026 12:23see178

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

01 Avqust 2026 03:24see176

Tanınmış meyxanaçı əsgər getdi VİDEO

31 İyul 2026 10:15see176

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

31 İyul 2026 19:22see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri