Icma.az
close
up
RU
Vətənimizin müdafiəsini təmin edən Azərbaycan Ordusu

Vətənimizin müdafiəsini təmin edən Azərbaycan Ordusu

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində ordu quruculuğu hər zaman xüsusi əhəmiyyətə malik sahələrdən biri olub. Bu səbəbdən 26 İyun - Silahlı Qüvvələr Günü təkcə hərbi sistemin deyil, bütövlükdə dövlət müstəqilliyinin və suverenliyin, xalqın təhlükəsizliyinin, milli birliyinin rəmzinə çevrilib. Məhz 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk müntəzəm ordu hissələri yaradıldı və dövlətin hərbi dayaqları formalaşdırıldı.

Milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmışdı. Yalnız dahi Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra respublikamızda bütün digər sahələrdə olduğu kimi, hərbi quruculuq istiqamətində də mütərəqqi inkişaf meyilləri formalaşdı, ölkənin gələcəkdə hərbi qüdrətinin daha da möhkəmlənməsi və müstəqil fəaliyyəti üçün əsaslı zəmin yarandı. Onun səyləri nəticəsində azərbaycanlı gənclərin SSRİ-nin müxtəlif ali hərbi məktəblərində təhsil almasına şərait yaradıldı. Daha da vacib məqamlardan biri 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması idi. Bu lisey müstəqillik illərində Azərbaycan Ordusunun əsas zabit kadr mənbəyinə çevrilmişdi.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində yeni mərhələ başlandı. Dərin strateji baxış və müdrik qərarlarla qısa müddətdə ordu quruculuğunda əsaslı dönüş yaradıldı. 1994-cü ildə Ermənistanla atəşkəsə nail olunması ilə paralel, ordunun nizami və peşəkar struktur əsasında təşkili prosesi başladı. Müdafiə Nazirliyi strukturlaşdırıldı, digər dövlətlərin hərbi akademiyaları ilə əməkdaşlıqlar genişləndirildi və ən əsası hərbi-siyasi qərarlar mərkəzləşdirilmiş şəkildə qəbul olunmağa başlandı. Məhz Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı əsasında 1998-ci ildən başlayaraq 26 iyun ölkəmizdə Silahlı Qüvvələr günü kimi dövlət səviyyəsində qeyd olunur. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu.

Bu gün hər bir azərbaycanlı Ümummilli Liderin müəyyən etdiyi strateji xəttin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin şahidi olur. Müntəzəm olaraq Silahı Qüvvələrin hərbi-texniki təminatı, şəxsi heyətin peşəkarlığının, döyüş qabiliyyətinin artırılması və silahlanma istiqamətində köklü islahatlar aparılır. Türkiyə, Pakistan, İsrail, İtaliya kimi qabaqcıl ölkələrlə qurulan əməkdaşlıq nəticəsində ordunun arsenalı müasir dronlar, yüksəkdəqiqlikli artilleriya və müdafiə sistemləri ilə zənginləşdirilib. Azərbaycan əsgəri bu gün yalnız silahı ilə deyil, ruhu ilə də güclüdür. Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu qazanılan hərbi uğurlar da aydın surətdə təsdiqləyir. Ordunun kadr potensialının artırılması, şəxsi heyətin bilik və bacarığının, döyüş ruhunun yüksəldilməsi, hərbçilərin sosial problemlərinin həlli dövlətin qarşıya qoyduğu prioritet məsələlərdəndir. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Erməni faşizminin regionumuza gətirdiyi bəlalara son qoyan, minlərlə şəhidimizin qisasını döyüş meydanlarında alan, 30 ildən sonra başımızın dik durması üçün qanı və canı ilə mübarizə aparan, Vətənimizin müdafiəsini təmin edən də Azərbaycan Ordusudur. Bu gün orduda xidmət etmək hər bir azərbaycanlının şərəf işinə çevrilib. 44 günlük müharibədə qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi. Prezident İlham Əliyevin 15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərində Azərbaycan xalqına müraciəti 44 günlük Vətən müharibəsindəki zəfər sevinci kimi bizlərə növbəti qələbə müjdəsini yaşatdı. Bu qürur dolu tarix və bu günümüzü mümkün edən əsas amil – güclü liderlik, xalq-ordu birliyi və mütəşəkkil dövlət siyasətidir.

Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Azərbaycan Ordusu yalnız hərbi güc simvolu deyil, həm də xalqın güvənc yeri, dövlətin qüdrətinin təcəssümüdür.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası

Kürdəmir rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 İyun 2026 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri