Icma.az
close
up
RU
Vətənin qəhrəman oğlu

Vətənin qəhrəman oğlu

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Əjdər Xudaverdi oğlu Babayev–Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və dövlətçiliyi uğrunda canından keçmiş, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş igid Vətən oğludur. 

1950-ci il avqustun 26-da Qazax rayonunun Mollacəfərli kəndində anadan olmuşdur. Sonralar ailəsi Ağstafa rayonunun Xətai kəndinə köçmüşdür. Əjdər 1958-ci ildə Yenigün kənd orta məktəbinin birinci sinfinə getmiş, 1967-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Elə həmin ildə də sürücülük peşəsinə yiyələnmişdir. O, 1969-cu ildə Ağstafa Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılır, Ordudan tərxis olunduqdan sonra Nərimanov rayon polis şöbəsinə işə qəbul edilir. Polis serjantı Əjdər polis orqanlarında işləyə-işləyə 1978-ci ildə Sumqayıt Politexnik Texnikumuna daxil olur. 1981-ci ildə avtonəqliyyat ixtisası üzrə tam kursu bitirir və 4 il Qazax Rayon Polis Şöbəsində işlədikdən sonra işini böyüyüb boya-başa çatdığı Ağstafa rayon polis şöbəsinə dəyişirlər. O, nümunəvi polis işçisi kimi dəfələrlə Respublika Daxili İşlər Nazirliyinin mükafatları ilə təltif olunmuşdur.
1990-cı illərin əvvəllərində erməni hərbi birləşmələrinin Qazaxın sərhəd kəndlərinə hücumları zamanı dinc əhalinin mühafizəsində və torpaqlarımızın müdafiəsində fəal iştirak etmişdir. 1995-ci ilin mart hadisələri zamanı ölkədə konstitusiya quruluşunu pozmağa, sabitliyi pozmağa cəhd edən silahlı dəstələrin zərərsizləşdirilməsi təxirəsalınmaz bir vətəndaşlıq və xidməti tapşırıq kimi qarşıya qoyuldu. 

Əjdər Babayev öz xidməti vəzifəsini yerinə yetirərkən tərəddüd etmədən ön cəbhəyə atıldı. O, dövlətin müstəqilliyini, xalqın dinc gələcəyini hər şeydən uca tutdu. Qanunsuz silahlı ünsürlərə qarşı aparılan əməliyyat zamanı göstərdiyi misilsiz şücaət və igidlik onun adını Azərbaycanın müasir tarixinə həkk etdi. Təəssüf ki, Vətənin bu cəsur övladı elə həmin qanlı döyüşdə şəhidlik zirvəsinə ucaldı. 

1995-ci il... 13-17 mart hadisələri... Vətənin sarsıntılı günləri idi. Əjdər Babayev dövlət çevrilişinə cəhd edən silahlı dəstəyə qarşı keçirilən əməliyyatda əsl qəhrəmanlıq göstərdi. Ağstafaya toplaşan cinayətkar dəstənin məqsədi dövləti devirmək, yenidən bu ölkəni qan çanağına çevirmək idi. Lakin Vətəni öz canından əziz tutan Əjdər kimi qəhrəman oğullar bu təhlükəni sovuşdurdu. Əjdər haqq işi yolunda həyatını qurban verdi. 

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Babayev Əjdər Xalıqverdi oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Dörd övladı yadigar qalan Vətən fədaisi Ağstafa rayonunda torpağa tapşırılmış, adı əbədiləşdirilərək orta məktəbə verilmişdir. Bu gün onun addımladığı küçələr, adını daşıyan təhsil ocaqları və ən əsası xalqın qəlbi onun kimi mərd oğulların xatirəsini qürurla yaşadır. Əjdər Babayevin ömür yolu hər bir gənc polis əməkdaşı və gələcək nəsil üçün vətənpərvərlik, mərdlik və dövlətə sədaqət dərsliyidir. 

Müşfiq MİRZƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Avqust 2026 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see440

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see404

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see356

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see351

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see338

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see271

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see234

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see221

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see218

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see217

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see213

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see202

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see201

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see200

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see187

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see182

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see174

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see166

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri