Icma.az
close
up
RU
Vəzifəyə gedənlər, inzivaya çəkilənlər... Geri çağırılan səfirlər haradadır?

Vəzifəyə gedənlər, inzivaya çəkilənlər... Geri çağırılan səfirlər haradadır?

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illərdə Azərbaycanın diplomatik korpusunda bir sıra səfirlərin geri çağırılması müşahidə olunub. Bu dəyişikliklər müxtəlif səbəblərlə əlaqələndirilir.

Vəzifədən azad olduqdan sonra eyni status altında başqa ölkədə xidmət edən diplomatlar da var, ümumiyyətlə ictimai mühitdən uzaqlaşan, inzivaya çəkilənlər də...

Sfera.az son 5 ildə vəzifədən geri çağırılan səfirlər barədə araşdırma hazırlayıb:

​Rasim  Rzayev - İordaniya

Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən 12 fevral 2021-ci il tarixində geri çağırılıb. Bu qərar, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndinə əsasən (​Bu bəndə əsasən, Prezident Azərbaycan Respublikasının xarici siyasətini idarə edərkən, diplomatik nümayəndəliklərin rəhbərlərini təyin etmə və onları vəzifələrindən azad etmə hüququna malikdir - red.) qəbul edilib.​ Səfirin geri çağırılması ilə bağlı rəsmi məlumatda onun yeni təyinatı və ya cari fəaliyyəti barədə əlavə məlumat verilməyib.

Bünyad Hüseynov - İran

2021-ci ildə Bünyad Səməd oğlu Hüseynov İran islam Respublikasında səfir və İqtisadi  Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndə vəzifələrindən geri çağırılıb. 2023-cü ildə o, Çinə səfir göndərilib. Onun yerinə isə Əli Fikrət oğlu Əlizadə təyin edilib. Rəsmi sənədlərdə geri çağırılma səbəbi göstərilməyib.  

​Murad Nəcəfbəyli - Estoniya

Murad Nəcəfbəyli Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən 12 fevral 2021-ci il tarixində Prezident İlham Əliyevin imzaladığı sərəncamla geri çağırılıb. 2023-cü il Baş nazir Əli Əsədovun imzaladığı sərəncamla Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyinə rəhbər təyin edilib.

​Oqtay Qurbanov  - Mərakeş Krallığı

Azərbaycan Respublikasının Mərakeş Krallığında, eyni zamanda Mavritaniya İslam Respublikasında, Seneqal Respublikasında, Mali Respublikasında, Portuqaliya Respublikasında, Tunis Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) yanında daimi nümayəndəsi vəzifələrindən 18 oktyabr 2022-ci il tarixində Prezident İlham Əliyevin imzaladığı sərəncamla geri çağırılıb. ​Hazırda yeni vəzifəsi barədə məlumat yoxdur.

​Məmməd  Əhmədzadə - İtaliya, San Marino və Malta Respublikası

18 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın İtaliya, San Marino və Malta Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən, həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı (WFP) və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu (IFAD) yanında daimi nümayəndə vəzifələrindən geri çağırılıb. ​

Daha sonra, 20 dekabr 2024-cü il tarixində Prezidentin digər sərəncamı ilə Məmməd Əhmədzadə Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Anar İmanov - Vyetnam

Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında, eyni zamanda Kamboca Krallığında və Laos Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən 18 oktyabr 2022-ci il tarixində Prezident İlham Əliyevin imzaladığı sərəncamla geri çağırılıb. ​ Eyni tarixdə, Prezidentin digər sərəncamı ilə Anar İmanov Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. 

Fəxrəddin Qurbanov - Xorvatiya 

Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən 18 oktyabr 2022-ci il tarixində Prezident İlham Əliyevin imzaladığı sərəncamla geri çağırılıb. Fəxrəddin Qurbanov peşəkar diplomatdır və diplomatik karyerası ərzində bir sıra mühüm vəzifələrdə çalışıb. O, 2004–2007-ci illərdə Azərbaycanın Kanadadakı səfiri və eyni zamanda Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) yanında daimi nümayəndəsi olub. 2007–2014-cü illərdə isə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri vəzifəsini icra edib. Bu müddət ərzində o, eyni zamanda İrlandiya, İslandiya və Danimarka Krallığında da səfir kimi fəaliyyət göstərib.​ Xorvatiyadakı səfir vəzifəsindən geri çağırıldıqdan sonra Fəxrəddin Qurbanovun yeni təyinatı və ya fəaliyyəti barədə rəsmi məlumat mövcud deyil. 

Həsən Zeynalov - Türkmənistan

2023-cü ilin avqustunda Həsən Sultan oğlu Zeynalov Türkmənistanda səfir vəzifəsindən geri çağırılıb. Rəsmi sənədlərdə geri çağırılma səbəbi göstərilməyib. Hazırda yeni təyinatı barədə məlumat yoxdur.

Əşrəf Şıxəliyev – Hindistan, Şri-Lanka, Maldiv, Nepal, Banqladeş, Butan


2023-cü ilin oktyabrında Əşrəf Fərhad oğlu Şıxəliyev  Hindistan Respublikasında, eyni zamanda, Şri-Lanka Demokratik Sosialist Respublikasında, Maldiv Respublikasında, Nepalda, Banqladeş Xalq Respublikasında və Butan Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Rəsmi sənədlərdə geri çağırılma səbəbi göstərilməyib. 6 fevral 2024-cü il tarixdən Azərbaycan Respublikası Energetika Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiridir.

Nəsir Məmmədov - İraq

202З-сü ildə İraqda səfir təyin olunan Nəsir Natiq oğlu Məmmədov 2024-cü ilin dekabrında vəzifəsindən geri çağırılıb. Hazırda yeni təyinatı barədə məlumat yoxdur. Rəsmi sənədlərdə geri çağırılma səbəbi göstərilməsə də, sabiq səfirin adı 3 milyonluq korrupsiya əməlində hallanıb. Nadir Hüseynovun adı daha əvvəllərdən viza alverinə qarışıb. O, 2020-ci ilin sentyabrında tutduğu vəzifədən uzaqlaşdırılıb. Qeyd edək ki, Nəsir Məmmədov əmək və əhalinin sosial müdafiəsi nazirinin keçmiş müavini Natiq Məmmədovun oğludur. O, Milli Məclisin Komitə sədri Hicran Hüseynovanın kürəkənidir.


Adış Məmmədov - Çexiya

2024-cü ilin dekabrında Adış Sakit oğlu Məmmədov Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Eyni zamanda, sərəncamla o, Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Rəsmi sənədlərdə geri çağırılma səbəbləri göstərilməyib.

Cəlal Mirzəyev -  İndoneziya və ASEAN

2024-cü ilin dekabrında Cəlal Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. Onun yerinə Ramil Əbil oğlu Rzayev İndoneziyada səfir təyin edilib. Rəsmi sənədlərdə geri çağırılma səbəbi göstərilməyib. Hazırda yeni təyinatı barədə məlumat yoxdur.


Yaşar Əliyev - BMT

2024-cü ilin dekabrında Yaşar Teymur oğlu Əliyev BMT yanında daimi nümayəndə vəzifəsindən geri çağırılıb. Daha sonra o, Çexiyadakı səfir vəzifəsinə təyin edilib. Onun yerinə isə Tofiq Fuad oğlu Musayev təyin edilib. Rəsmi sənədlərdə geri çağırılma səbəbi göstərilməyib.

Mahir Əliyev - Qətər 

2024-cü ilin dekabrında Mahir Məmməd oğlu Əliyev Qətərdəki səfir vəzifəsindən geri çağırılıb, onun yerinə Adış Sakit oğlu Məmmədov təyin edilib. Rəsmi sənədlərdə geri çağırılma səbəbləri göstərilməyib. Hazırda yeni təyinatı barədə məlumat yoxdur. O, daha öncə Azərbaycanın Suriya (2008-2014), Livanda (2008-2014), Əlcəzair (2015-2019), Tunis (2016-2019), BƏƏ (2019-2022) səfirləri vəzifələrində çalışıb. Qeyd edək ki, vəzifədən azad edilmədən öncə diplomatın adı korrupsiya əməlində hallanıb.


Firuzə Əliyeva
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://sfera.az
archiveBu xəbər 14 Aprel 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri