Icma.az
close
up
RU
VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalına start verilmişdir FOTOLAR VİDEO

VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalına start verilmişdir FOTOLAR VİDEO

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

May ayının 22-də Türkiyə Respublikasının İstanbul şəhərində VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalına start verilmişdir. SİA xəbər verir ki, 30-dan çox ölkənin iştirak etdiyi və Dünya Etnosport Konfederasiyası tərəfindən qardaş Türkiyədə keçirilən festivalda ölkəmiz Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığında 130 nəfərdən ibarət nümayəndə heyəti və 20 Qarabağ atı ilə təmsil olunur.

Türk dünyasının milli mənəvi dəyərlərə bağlılığını özündə ehtiva edən və minlərlə ziyarətçi qəbul edən mötəbər tədbirdə “Zəfər” şou- kompozisiyasında özünəməxsusluğu ilə seçilən Qarabağ atları, zərif Azərbaycan rəqsləri, ecazkar milli musiqimiz və 2025-ci il üçün yeni olan orkestrin çıxışları nümayiş etdirilmişdir.

Millimusiqi alətlərimizin ifasında səslənən “Yallı”, maestro Niyazinin “Qaytağı”sı, Emin Sabitoğlunun “İncə bellim”i, Müslüm Maqomayevin “Azərbaycan” mahnısının sədalarından, “Sərhədçi” rəqs ansamblının hərarətli rəqslərindən, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində qeyri-adi performanslarından ibarət şou- kompozisiya festival iştirakçılarının marağına səbəb olmuş, zövqünü oxşamışdır.

Tədbir çərçivəsində Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğan və Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev arasında görüş keçirilmiş, dəvətə görə Türkiyə tərəfinə minnətdarlıq ifadə edilmişdir.

Bilal Ərdoğan Azərbaycan nümayəndə heyətinin festivala qatılmasından və sərgilədikləri möhtəşəm performansdan məmnunluğunu bildirmiş, milli sərvətimiz olan Qarabağ atlarının növbəti dəfə bütün izləyiciləri valeh etdiyini diqqətə çatdırmışdır.

Qeyd edək ki, nümayəndə heyətimizin çıxışları may ayının 25-dək davam edəcək.
https://www.dsx.gov.az/news/1931

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 May 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see144

“Hicab artıq məcburi deyil” − Bahoner

04 Oktyabr 2025 19:47see142

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see135

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see129

Tibbdə YENİLİK: Sümük snıqlarını 3 dəqiqəyə sağaldan gel hazırlandı

04 Oktyabr 2025 23:08see127

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see125

90 cı illərin məşhur qrupu bu şəxsə görə dağılıb Çelik ŞOK ADI açıqladı

04 Oktyabr 2025 21:34see125

DOĞULMAMIŞ UŞAQ ÜÇÜN KADDİŞ Etibar Əliyevin YAZISI

05 Oktyabr 2025 09:21see124

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see124

III MDB Oyunları: Azərbaycan cüdo yarışlarında beşinci qızıl medalını qazanıb YENİLƏNİB 7

04 Oktyabr 2025 18:50see124

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see123

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see123

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see122

Azərbaycanın 5 güləşçisi medal qazanıb YENİLƏNİB 2

04 Oktyabr 2025 18:53see122

“Dünyada hələ belə bir festival olmayıb” Video

05 Oktyabr 2025 10:44see122

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see122

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see121

Marketlərdən bu məhsulları almayın Ekspertdən xəbərdarlıq

04 Oktyabr 2025 19:00see121

Qalatasaray Beşiktaş matçında iki qol vuruldu

05 Oktyabr 2025 00:28see119

U 17 nin Avropa çempionatının seçmə mərhələsi üçün HEYƏTİ

05 Oktyabr 2025 14:40see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri