Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Nəcibənin toyudur Fotolar

Nicat Kazımov oğluna toy etdi Video

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

“Qoca sinyora”dan gələcək üçün böyük addım

Viktoriya Kobzeva Qattal: Om Çantinq Atma Kriya Yoqanın gizli olmayan yeganə texnikasıdır MÜSAHİBƏ

Viktoriya Kobzeva Qattal: Om Çantinq Atma Kriya Yoqanın gizli olmayan yeganə texnikasıdır MÜSAHİBƏ

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 7 iyul, Anara Axundova, AZƏRTAC

AZƏRTAC Azərbaycanda fəaliyyət göstərən yoqa və ruhi təcrübələr sahəsində mütəxəssislərlə müsahibələr silsiləsini davam etdirir. Budəfəki həmsöhbətimiz 2024-cü ilin sentyabr ayında Azərbaycana səfər etmiş ruhi ustad Paramahamsa Vişvanandanın tələbəsi Viktoriya Kobzeva-Qattaldır. Viktoriya Atma Kriya Yoqa ilə məşğul olur və 2022-ci ildən Bakıda keçirilən Om-Çantinq qrup səs təcrübəsinin rəhbəridir.

- Viktoriya, Om-Çantinq nədir və bu təcrübə nə verir?

- Om-Çantinq – “Om” səsinin oxuma təcrübəsidir. O, bir neçə min il əvvəl yoqlara və müdriklərə məlum idi. “Om” səsinin gücü o qədər böyükdür ki, ondan müalicə üçün istifadə edirdilər. Yoqlar bir dairəyə oturub, xəstəni mərkəzə yerləşdirirdilər və insan sağalana qədər oxuyurdular. Sonralar bu təcrübə unuduldu, lakin 2007-ci ildə Paramahamsa Vişvananda onu insanlara qaytardı və indi hər birimiz bu müsbət vibrasiyaları və enerjiləri hiss edə bilirik.

Om-Çantinqin enerjisi təkcə burada birbaşa iştirak edən insanlara deyil, həm də iki kilometr radiusda olan bütün insanlara, heyvanlara, təbiətə, binalara faydalı təsir göstərir. İndi Om-Çantinqlər dünyanın 50-dən çox ölkəsində tətbiq olunur və bu təcrübənin müntəzəm keçirildiyi şəhərlər “işıq şəhərləri” adlanır. Çünki Om-Çantinqdə iştirak edərək hər kəs, əslində, təkcə özünə deyil, bütün planetə kömək edir.

- “Om” səsi yoqa və ya hər hansı ruhi məşq etməzdən əvvəl oxunur. Bu niyə edilir?

- O, məşqə hazırlaşmağa və sakitləşməyə kömək edir. Oxuma zamanı tənəffüs yavaşlayır, dərindən nəfəs alıb yavaş-yavaş verərək “Om” səsini tələffüz edirik, sonra yenidən dərindən nəfəs alıb “Om” səsi ilə nəfəs veririk. Nəfəsə nəzarət etməyə və daha yavaş nəfəs almağa başlayanda avtomatik olaraq sakitləşirik. Adətən məşqlərdən əvvəl hazırlaşmaq və sakitləşdirmək üçün “Om” səsini üç dəfə təkrar edirik. Om-Çantinq isə 45 dəqiqə davam edir. Bədəni rahatlaşdırırıq, gözlərimizi yumuruq və yalnız onu səsləndiririk. Təsəvvür edirsiniz, belə şüurlu sakit nəfəs alma və rahatlama sinir sistemimizə necə təsir edir! Üstəlik, qan oksigenlə təmin edilir, ağciyərlərin həcmi artır, həyəcanlılıq yox olur.

“Om”u düzgün oxuyuruqsa, səsimiz söhbətdə və ya adi oxumaqda olduğundan tamamilə fərqli səslənməyə başlayır və bu, çox vaxt iştirakçılar üçün əsl kəşfə çevrilir. Məşqdən sonra bir neçə dəqiqə sakitlikdə otururuq və şəxsən mənim üçün bu, Om-Çantinqin ən sevimli hissəsidir. Çünki sakitçilik dərhal məna kəsb etməyə başlayır. Sən kənardan səsləri: maşınların səsi, kiminsə ayaq səsləri, həyətdə oynayan uşaqların səsini eşidirsən. Dünyanın daim təlaşda olduğunu, orada bir çox məqamların baş verdiyini dərk edirsən. Amma oxumadan sonra yaranan sükut çöldə deyil, daha çox sənin daxilindədir və xarici dünyanın səs-küylü təlaşı heç bir şəkildə sənin daxili sakitçiliyinə toxunmur və onu pozmur. “Om-Çantinq”də nə qədər tez-tez iştirak edirəmsə, bu vəziyyəti bir o qədər uzun müddət qoruya bilirəm.

- “Om-Çantinq”ə necə gəldiniz? Bizə hekayənizi danışın.

- Bu, tamamilə inanılmaz bir hekayədir! Mən ilk dəfə “Om-Çantinq”ə 2019-cu ilin mart ayında gəldim. O zaman xaricdə təhsil alırdım və bir neçə həftəlik oraya sessiya vaxtı getdim. Atam oxuduğum şəhərdə yaşayırdı və mən onu ziyarətə gəlirdim. Amma elə oldu ki, o, xəstəxanaya düşdü, mən ona görə çox narahat idim. Universitetdə sessiya ilə bağlı çətinliklər var idi. Mən özüm də yaxşı əhval-ruhiyyədə deyildim. Hiss edirdim ki, bu, mənim həyatımda bir növ dönüş nöqtəsi və çox vacib bir an idi, tək və heç bir dəstəksiz qalmışdım.

Həmin vaxt bir az sakitləşib özümü zehni olaraq qaydasına sala biləcəyim bir növ yoqa və ya meditasiya kursu axtarmağa başladım. Bu mənə lazım idi. İnternetdə axtarış etdim və öyrəndim ki, sözün əsl mənasında qonşu evdə bir növ meditativ təcrübə aparılacaq. Bu təcrübə Om-Çantinq idi.

Sakitcə, demək olar ki, pıçıltı ilə necə oxuduğum və aparıcının gur və güclü səsinə, qaydaları həvəs və enerji ilə söylədiyinə necə heyran olduğum yadımdadır. Danışarkən çox sərbəst görünürdü. O vaxt mənim üçün bu, inanılmaz idi. İndi artıq başa düşürəm ki, məşq etdikcə danışmaq qabiliyyətimiz yaxşılaşır və səsin özü daha yüksək və daha inamlı olur.

Təbii ki, o zaman bunun hansı təcrübə olduğunu, kimin verdiyini bilmirdim və təbii ki, Gurucidən də xəbərim yox idi. Paramahamsa Vişvananda haqqında sonralar, pandemiya zamanı öyrəndim, bir müddət sonra onu öz ruhi müəllimim kimi qəbul etdim, həmfikirlərə rast gəldim və özüm də Azərbaycanda “Om-Çantinq”i təşviq etməyə başladım. Müəllimin mənim üçün çətin bir vaxtda məhz Om-Çantinq vasitəsilə mənə dəstək verdiyini dərhal dərk etdiyimdə çox təəccübləndim. Mən onu hətta hələ tanımadığım zaman məni dəstəklədi və yanımda idi.

- Atma Kriya Yoqa haqqında necə öyrəndiniz və bu yoqa istiqaməti ölkəmizə necə gəldi?

- İnternet sayəsində. Mən mantra oxuma kursu keçirdim. Məlum oldu ki, məndən başqa Azərbaycandan daha bir qız iştirak edir. Biz onunla görüşdük, ünsiyyət qurduq. Bu kursdan biz Atma Kriya Yoqa haqqında öyrəndik və bu texnikaları bizə ötürə biləcək bir müəllimi dəvət etmək qərarına gəldik. Kriya Yoqa texnikaları gizli olduğundan və yalnız şəxsən müəllimdən şagirdə ötürüldüyü üçün bunu internet vasitəsilə etmək mümkün deyildi. Beləliklə, ilk Kriya müəllimi bizə gəldi, bizə texnikaları öyrətdi. Sonra Guruci şagirdləri olan digər müəllimlər və rahiblər Kriya kursları və mühazirələri ilə bizə gəlməyə başladılar.

- Bu texnikalar nədən ibarətdir və onlar nə verir?

- Yoqanın yalnız fiziki asan və məşqlər olduğunu düşünməyə alışmışıq. Əslində isə bu, tamamilə belə deyil. Yoqa fəlsəfəsi təkcə fiziki bədən üzərində işdən ibarət deyil, həm də yoqanın bir çox istiqamətləri var. Atma Kriya Yoqa müxtəlif texnikalar kompleksidir. Buraya asanlar, pranayamalar, meditasiya texnikaları, mudralar, çakralarla iş və Om-Çantinq daxildir. “Om-Çantinq”dən başqa bütün bu texnikalar gizlidir və müəllimdən şagirdə ötürülür. Kriya texnikaları insanlara Paramahamsa Vişvananda və təxminən 5 min il əvvəl özünü göstərən Himalay dağlarından olan ölməz yoq Mahavatar Babaci tərəfindən ötürülüb. Bunlar, özündə ustaların lütfünü daşıyan və məhdud zehnimizdən kənara çıxmağa kömək edən, qəlbimizdə qeyd-şərtsiz sevgini oyadan çox sadə məşğələdir. Onlar öz sadəliyi və effektivliyi ilə unikaldır və müasir insanın ritminə uyğunlaşdırılıb.

Həyatımıza və hərəkətlərimizə çox təsir edən çoxlu qorxularımız var. Bizim daxili parçalanmamız ilahi olanın bizdə təzahür etməsinə mane olur. Guruci deyir ki, Atma Kriya Yoqa zehnin təsiri altından çıxmağa, mənfi düşüncələrdən və qorxulardan qurtulmağa və ağıldan ürəyə gedən yolu qət etməyə kömək edir. Bədənimizə baxsanız, bu yolun uzunluğu cəmi qırx santimetrdir - başdan ürək nahiyəsinə qədər. Ancaq bu qırx santimetri keçmək üçün bəzən bütün bir həyat, bəlkə də birdən çox həyat lazımdır. Hər bir Atma Kriya Yoqa texnikası özünəməxsus şəkildə ürəyimizi gözəl, ilahi olana açmağa, daxilimizdə qeyd-şərtsiz sevgini oyatmağa və dünyaya qorxu deyil, sevgi gözü ilə baxmağa kömək edir.

- Sizcə, Om-Çantinq təcrübəsi müasir insanların hansı ümumi probleminə kömək edə bilər?

- Bizim ən böyük problemimiz narahat zehnimizdir. Yatmağa gedirik, amma başımızda minlərlə fikir fırlanır, buna görə yuxuya gedə bilmirik. Davamlı olaraq kiminləsə daxili dialoq aparırıq, kiminləsə daim mübahisə edirik, kimisə danlayırıq, kiməsə nəyisə sübut edirik, səhər yeməyi-nahar-şam yeməyinə nə bişirəcəyimizi düşünürük, havadan, dolların məzənnəsindən və daha nədənsə narahat oluruq. Bir fikir gedir, yerində dərhal yenisi peyda olur. Bütün bu axını dayandırmaq sadəcə mümkün deyil. Mənfi düşüncələr həyatımızı sözün əsl mənasında zəhərləyir və bu prosesə nəzarət etmək, bu axını düzgün istiqamətə yönləndirmək, mənfi düşüncələrə diqqət yetirmək və onları aradan qaldırmaq inanılmaz dərəcədə çətindir. Bütün bu düşüncə axını bizim çox enerjimizi alır. Deyəsən, təzəcə oyanmışıq, amma artıq əsəbi və yorğunuq.

“Om-Çantinq”də biz şüurlu şəkildə bu sonsuz xaotik düşüncələr axınını müsbət istiqamətə yönəltməyə çalışırıq. Məşqlər zamanı biz gələn fikirləri buraxırıq, sadəcə burada və indi mövcud olduğumuzu düşünürük, diqqətimizi ürək bölgəsində və ya üçüncü göz zonasında saxlamağa çalışırıq. İlk öncə buna çox çətin nail olunur. Amma biz öyrənirik.

Çox vaxt oxuma zamanı sadəcə rahatlaşmağı və heç nədən narahat olmamağı bacaran insanlar, məşqdən sonra sakitçilik və arxayınlıq hiss etdiklərini qeyd edirlər.

- Anladığım qədər Om-Çantinq qrup texnikasıdır. Orada iştirak etmək üçün doğru zamanda doğru yerdə olmaq lazımdır. İstənilən vaxt edə biləcəyimiz, zehnimizə nəzarət etməyə və sakitləşməyə kömək edəcək başqa sadə texnika varmı?

- Bir mantranın təkrarlanması. Biz hamımız mantralar haqqında eşitmişik, onlar indi getdikcə populyarlaşır və artıq qəribə bir şey deyil. Mantralar çox vaxt qulaqcıqlarımızda səslənir və hətta festivallarda, böyük musiqi məkanlarında və səhnələrdə oxunur. Bu bizim xoşumuza gəlir.

Mantra, eyni zamanda həm ağılın qorunması, həm də ağıldan qorunmadır. O, zehni xarici mənfilikdən qoruyur, müsbət qalmağımıza kömək edir və bizi zehnin artıq yığılmış mənfiliklərindən qoruyur.

Çox sayda mantra var və hər biri özündə öz enerjisini daşıyır. Hamımız eşitmişik ki, sağlamlıq, firavanlıq, qadın enerjisinin açılması və s. üçün mantralar var. Ancaq hər hansı bir mantranı oxumazdan əvvəl oxumaq istədiyiniz mantranın hansı məna və əhəmiyyət daşıdığını başa düşməlisiniz. Birində dayanmaq və yalnız bunu məşq etmək daha yaxşıdır. Çünki hər dəfə fərqli mantralar oxumaqla heç bir nəticə əldə etməyəcəyik.

Odur ki, bir mantra seçin və bacardığınız yerdə onu səssizcə təkrarlayın. Mantranı muncuqlarla etmək daha yaxşıdır. Bu, zehnimizə oyan-buyana tullanmamağa və diqqətimizi etdiyimiz işə yönəltməyə kömək edir. Ancaq ən yaxşısı, əlbəttə ki, gündə bir neçə dəqiqə ayırmaq, səssizcə oturmaq, gözlərinizi yummaq, bütün düşüncələri bir kənara qoymaq və sadəcə ürək bölgəsində konsentrasiya edərək mantranı təkrarlamaqdır. Artıq bir aydan sonra zehninizin daha sakit olduğunu və əvvəllər sizi özünüzdən çıxaran hadisələrin indi sizi o qədər əsəbiləşdirmədiyini görəcəksiniz.

Eksperiment olaraq Viktoriya təklif edir ki, birlikdə “Om” səsini, sonra isə mantra oxuyaq. Qarşı-qarşıya oturub gözlərimizi yumub oxuyuruq. Açıq havada məşq etmək çox xoşdur. Hər bir növbəti yanaşmadan əvvəl dərindən nəfəs almaq lazımdır. Hər dəfə ciyərlərimin getdikcə daha çox açıldığını, təmiz hava ilə dolduğunu hiss edirəm. Biz görüşü xüsusilə rahat və sərbəst nəfəs alınan bulvarda keçiririk. Seansdan sonra mən güc və enerji artımı, eyni zamanda yüngüllük və sakitlik hiss edirəm. Bunu səhər məşqlərindən və ya kontrastlı duşdan yaranan hisslərlə müqayisə etmək olar. Məncə, günə başlamaq üçün gözəl bir hal-əhvaldır!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 23:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see520

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see345

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see289

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see226

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see168

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

19 Noyabr 2025 11:04see163

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see159

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see149

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see148

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see143

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see141

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see135

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see135

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see135

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see134

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see133

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see132

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see131

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see130

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri