Icma.az
close
up
RU
Vilayətinin boşboğazlığı sərhəd tanımır: “Dil pəhləvan”ının Zəngəzur dəhlizi ilə dərdi nədir?

Vilayətinin boşboğazlığı sərhəd tanımır: “Dil pəhləvan”ının Zəngəzur dəhlizi ilə dərdi nədir?

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


İndi İran Ali Rəhbərinin müşaviri titulunu daşıyan Əli Əkbər Vilayəti yenə danışdı. Əslində, bu artıq təəccüb doğurmur. Onun siyasətdəki əsas missiyası danışmaqdır: konkret qərar qəbul etmək, məsuliyyət daşımaq, güc göstərmək yox – sadəcə danışmaq. Mikrofon görəndə isə dərhal “boşboğazlıq marafonu”na çıxır.

Bakupost.az xəbər verir ki, bunu “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizədə Komissiyasının işçi qrupunun üzvü Əliməmməd Nuriyev qeyd edib.

O bildirib ki, Vilayəti bu dəfə də Zəngəzur dəhlizini mövzu olaraq seçib:

"Vilayəti qəhrəmanlıq havasına girərək deyir ki, İran “heç bir halda imkan verməyəcək”. İnsanın ağlına isə sadə bir sual gəlir: necə imkan verməyəcək?

Bəlkə Herodotun ruhunu yardıma çağıracaq, ya da "Böyük Kir"in (Cyrus the Great) istehkamlarını yenidən ucaldacaq? Yoxsa tarixi miras şüarlarını müasir silah kimi işə salacaq?

Halbuki reallıq tam fərqlidir.

Azərbaycan və Türkiyə dəhliz məsələsində qətiyyətlidir.

Ermənistan ABŞ vasitəçiliyi ilə artıq “okey” deyib. ABŞ və Qərb isə “Tramp dəhlizi” konsepsiyasını açıq şəkildə dəstəkləyir.

Belə şəraitdə Vilayətinin “biz qoymarıq” ritorikası dil pəhləvanlığının ən bariz nümunəsidir".

O qeyd edib ki, əslində, bu “dil pəhləvanlığı” daha çox daxili auditoriyaya ünvanlanıb:

"Çünki ölkə daxilində vəziyyət ağırdır: iqtisadiyyat çöküb, xalq kasıb, gənclər üsyan həddindədir. Amma Vilayəti çıxıb deyir ki, “narahat olmayın, biz Qafqazın tarixi mirasını qoruyuruq”. Elə bil camaat çörək almaq yerinə Herodot oxuyacaq! İranın siyasi elitasında da parçalanma dərinləşib.

Pragmatiklər – Pezeşkian tərəfdarları deyirlər:

“Qırmızı xətlər pozulmasa, dəhliz açılsın, əməkdaşlıqdan fayda götürək”.

Radikallar, Vilayəti kimi “tarixə qapıçılıq edənlər” isə deyirlər: “ABŞ dəstəkləyibsə, qəti olmaz”.

Nəticə isə dəyişmir və dəhliz açılacaq. Vilayətinin sözləri isə yalnız “İranın səsini yüksəltmək üçün boşboğazlıq məşqi” kimi qalacaq".

Ə.Nuriyevin sözlərinə görə, Vilayəti hazırda siyasətçi yox, tarix kitabı ilə silahlanmış teatr aktyoru təsiri bağışlayır:

"O, hər çıxışında “müqəddəs miras”, “Qafqaz müdafiə xətti” kimi pafoslu ifadələr səsləndirir.

Beləcə, “dil pəhləvanının yeni macərası” da eyni ssenari ilə bitir: çox söz, az təsir. Həqiqətdə isə nə Qafqaz dəyişir, nə də dəhlizin taleyi. Sadəcə, Vilayəti yenə səhnəyə çıxır, tamaşa oynanılır və pərdə enir. Amma artıq oyununu yaxşı oynaya bilmir, onu təbirincə desək, tarixə miras olmaq vaxtı çatıb…"


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 Avqust 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri