Icma.az
close
up
RU
Villa İnşaat dan ev almaq istədi, 30 min manatı mənimsənildi (VİDEO)

Villa İnşaat dan ev almaq istədi, 30 min manatı mənimsənildi (VİDEO)

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sosial şəbəkədə gördüyü ev elanına aldanan şəxs 30 min manatından olub. Belə bir vəziyyətlə paytaxt sakini Müseyib Nəzərov üzləşib.

''Xəzər Xəbər''ə müraciət edən şəxs iddia edir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində ucuz həyət ev tikilib satılması ilə bağlı reklamı ''TikTok''sosial platformasında görüb. Bir az araşdırma apardıqdan sonra Müseyib həmin şirkətdən ev almaq istəyib. 

Özünü müdirin katibəsi kimi qələmə verən Əfsanə adlı şəxs daha sonra Müseyib Nəzərovu ''Villa İnşaat'' MMC-nin ofisinə dəvət edərək şirkətin müdiri İbrahim Şıxəliyevlə tanış edib. Tərəflər razılaşdıqdan sonra Müseyib Nəzərov şirkətin daxili müqaviləsinə imza atıb.

Evin tikintisinin gecikdiyini görən Müseyib Nəzərov ''Villa İnşaat'' MMC-nin rəhbəri İbrahim Şıxəliyevlə danışıb. O da hər dəfə müxtəlif vədlər verməyə başlayıb. Bir müddət sonra isə qarşı tərəf vəd etdiyi kimi nə evi tikib, nə də pulun geri qaytarılması ilə bağlı hər hansı addım atıb. Əksinə, ofisi bağlayıb, reklam lövhələrini də söküblər.

Biz də elə zərərçəkmişlə bərabər şirkətin ofisinə getdik. Ərazidə olanlar bildiriblər ki, həmin şəxslər bir neçə gündür ofisi bağlayaraq gediblər. Telefonlarını da bağlayıblar. Zərərçəkmiş bu barədə ərazi üzrə 30-cu polis şöbəsinə gedərək aldadıldığına dair ərizə yazıb.

Daxili İşlər Nazirliyindən ''Xəzər Xəbər''ə bildirilib ki, aidiyyəti üzrə polis orqanlarında faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Sentyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri