Icma.az
close
up
RU
Gizli laboratoriyalarda viruslar hazırlanır Təhlükə qapıda

Gizli laboratoriyalarda viruslar hazırlanır Təhlükə qapıda

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.

Bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, tibbi maska istehsalı üçün xammal və tibbi respiratorların idxalına tətbiq edilən və 31 dekabr 2024-cü il tarixində qüvvədən düşəcək idxal gömrük rüsumlarından azadolmanın müddəti 2027-ci ilin sonunadək uzadılır.

Həmçinin qərarda 31 dekabr 2024-cü il tarixinədək qüvvədə olan, tibbi maska idxalına tətbiq edilən idxal gömrük rüsumunun (1 ədəd üçün 3 ABŞ dolları senti) qüvvədə olma müddətinin 2027-ci ilin sonunadək uzadılmasını nəzərdə tutulur.

Yada salaq ki, Azərbaycanın quru sərhədləri artıq 5 ilə yaxındır ki, bağlıdır. Bu qərar 2020-ci ilin martında koronavirus infeksiyasına ilk yoluxma halı müəyyən edildikdən sonra tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində qəbul edilib. Həmin vaxtdan xüsusi karantin rejiminin müddəti dəfələrlə uzadılıb. Nazirlər Kabinetinin ən son bu ilin sentyabrında elan etdiyi qərara görə Azərbaycan ərazisində xüsusi karantin rejimi ən azı gələn ilin yanvarına qədər davam edəcək. Mart ayında baş nazir Əli Əsədov quru sərhədlərlə bağlı qərarın onun səlahiyyətində olduğunu bəyan edib. "2020-ci ilin 31 mart tarixindən başlayaraq Azərbaycanın quru sərhədləri bağlıdır. Buna mən imza atmışam. Bu, qanunauyğun olaraq baş nazir kimi mənim səlahiyyətimdir".

Qeyd edək ki, bugünlərdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus dünyanın yeni pandemiyaya hazır olmağa səsləyib. Gebreyesus bu barədə Dubayda keçirilən Dünya Hökumətlər Sammitində çıxışında deyib. "COVİD-19-un dərsləri yaddan çıxmış ola bilər, çünki dünya ictimaiyyətinin diqqəti hazırda digər böhranlara yönəlib", - o deyib.

[Dünya yeni "X xəstəliyi"pandemiyasına hazırlaşır - 20 dəfə daha çox ölüm riski]

Onun sözlərinə görə, bəşəriyyət gec, ya da tez yeni naməlum "X xəstəliyi" ilə üzləşəcək və buna indidən hazırlaşmaq lazımdır. ÜST rəhbəri qeyd edib ki, dünya yeni pandemiyaya həm hazırdır, həm də hazır deyil. Qebreyesus yeni pandemiyanın ortaya çıxması ehtimalının yüksək olduğunu və dünyanın bu təhlükəyə tam hazır olmadığını vurğulayıb. Onun sözlərinə görə, COVİD-19 pandemiyasından öyrənilən dərslərə baxmayaraq, bəzi zəifliklər hələ də mövcuddur.  "Bu zəifliklərin aradan qaldırılması məqsədilə Dünya Bankı və ÜST-nin Pandemiya Fondu yaradılıb. Bununla yanaşı, yerli dərman və peyvənd istehsalına üstünlük verilməsi kimi təşəbbüslər həyata keçirilir. Lakin dünya əhalisinin yarısının əsas səhiyyə xidmətlərinə çıxışı yoxdur və 2 milyard insan səhiyyə xərclərinə görə maliyyə çətinliyi yaşayır. Qlobal səhiyyə sistemində davamlı islahatlar zəruridir".

Baş nazirin qərarı o ehtimala əsas verir ki, sərhədlərin bağlı qalması daha bir neçə il uzana da bilər. Digər tərəfdən, Azərbaycanda sərhədlərin bağlı qalmasını yalnız pandemiya  ilə bağlı olmadığını rəsmilər də təsdiqləyiblər. Bunun əsasən siyasi müdaxilələrin olma ehtimalı və təhlükəsizlik tədbiri kimi həyata keçirildiyi qeyd edilir.  

O ki qaldı yeni pandemiyanın olacağı ilə bağlı təxminlərə, bir sıra tanınmış simalar dəfələrlə dəhşətli virusun olacağı və bunun pandemiyaya səbəb olacağı barədə açıqlamalar veriblər. 

Yeri gəlmişkən, koronavirus pandemiyasından sonra dünyada bir sıra münaqişələr və müharibələr daha da kəskinləşdi, yeni gərginliklər meydana çıxdı. COVİD-19 pandemiyası qlobal iqtisadiyyat, siyasi münasibətlər və sosial sistemlər üzərində ciddi təsir qoydu və bununla bəzi bölgələrdə onsuz da mövcud olan problemləri daha da dərinləşdirdi. Pandemiya dövründən sonra müxtəlif bölgələrdə münaqişələr daha kəskin hal aldı. Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasındakı Qarabağ müharibəsi 2020-ci ilin payızında pandemiya dövründə baş verdi və bunun nəticəsində regionda ciddi siyasi və coğrafi dəyişikliklər yarandı. Ukrayna müharibəsi - 2022-ci ilin fevralında Rusiya Ukraynaya genişmiqyaslı hücuma keçdi və bu, dünya miqyasında iqtisadi və siyasi gərginliyi daha da artırdı. 

Müharibələr pandemiyadan sonrakı zəifləmiş səhiyyə və iqtisadi sistemlərə böyük zərbə vurdu. Xüsusilə qaçqınların sayı artdı və bu proses qlobal miqyasda böyük sosial problemlərə səbəb oldu. Bütün bunlar onu deməyə əsas verir ki, pandemiyanın təsirləri təkcə sağlamlıq böhranı ilə məhdudlaşmayıb, həmçinin regional və qlobal siyasi balansı da sarsıdaraq, yeni münaqişələrin yaranmasına və mövcud müharibələrin daha da alovlanmasına şərait yaradıb.

Bəs yeni pandemiya proqnozları nəyə əsaslanır? Dünyanı daha nə kimi "sürpriz"lər gözləyir?

Politoloq Azad Məsiyev mövzu ilə bağlı "Yeni Müsavat"a fikirlərini bölüşüb: "Bundan əvvəl də ÜST dünyaya pandemiyanın olacağı ilə bağlı xəbərdarlıq vermişdi. Bütün dünya bunun fəsadını çəkdi. Ümumiyyətlə, bu virusların gizli laboratoriyalarda süni şəkildə yetişdirilməsi barədə lap əvvəldən iddialar var idi. Ümumilikdə "böyük güclər"in üçüncü dövlətlərdə gizli laboratoriyalar yaratdığı barədə məlumatlar var. Bu laboratoriyalarda elmi araşdırmalar adı altında bəzi viruslar yaradırlar ki, bundan da həm iqtisadi, həm də siyasi təzyiq vasitəsi kimi istifadə etsinlər. Hətta xatırlatmaq istəyirəm, Gürcüstanda, Ermənistanda, hətta Ukraynada belə laboratoriyaların olması barədə açıqlamalar verilmişdi. Yəni Qərbin nəzarətində olan laboratoriyalar vasitəsilə müntəzəm şəkildə KİV-lərdə siqnallar getməkdədir. Təbii ki, pandemiya ilə əlaqədar Azərbaycan da sərhədlərini möhkəmləndirdi və bu, virusun Azərbaycana təsirini zəiflətmək məqsədilə aparılıb. Amma Azərbaycan sərhədlərinin açılamamasının həm də bir siyasi tərəfi var". 

Politoloq əlavə edib ki, Cənubi Qafqaz "böyük güclər"in savaşının toqquşduğu bir məkandır və burada qlobal güclərin həm siyasi, həm də hərbi savaşı gedir: "Bu baxımdan Azərbaycanı da öz təsirinə salmaq istəyən güclər var. Demokratiya ideyası, rəngli inqilablar adı altında dövlət çevrilişləri edirlər. Bəzi dövlətlərdə öz xüsusi xidmət orqanları vasitəsilə, qeyri-hökumət təşkilatları dövlət stabilliyini pozmaqdadırlar. Üçüncü dövlətlər vasitəsilə dövlət çevrilişləri keçirmək üçün qaçaq yolu ilə maliyyə gətirilir. Azərbaycanda da kifayət qədər faktlar aşkarlanıb. O baxımdan sərhədlərin bağlanması Azərbaycanın həm daxili stabilliyinin pozulmasının qarşısını almağa hesablanıb. Ermənistanla Azərbaycan arasında sülh sazişi bağlanmayıb. "Böyük güclər" Ermənistan üzərindən də təzyiqlər etməkdədir. Azərbaycanda stabilliyin pozulması üçün xarici xüsusi xidmət orqanları geniş fəaliyyət göstərməkdədirlər. Sərhədlərin bağlı olması təxribat işlərinin qarşısının alınmasına hesablanıb. Təbiidir ki, sərhədlərin bağlı qalması Azərbaycanın iqtisadi-sosial vəziyyətinə təsir edir. Turizmin inkişafına ziyan gətirir. Buna baxmayaraq dövlətçiliyin qorunması, stabilliyin qorunması ən vacib məsələlərdəndir. Son dövrlər beynəlxalq səhiyyə təşkilatlarının yeni pandemiyanın olacağı ilə bağlı açıqlamaları onu göstərir ki, üçüncü dövlətlərin gizli laboratoriyalarında viruslar hazırlanır. Buna nəzarət etmək mümkün deyil. Bu cür laboratoriyalar nəzarətə götürülməsə, dünyada növbəti fəsadlar qaçılmazdır". 

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 Dekabr 2024 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri