Icma.az
close
up
RU
Vitamin D nin orqanizm üçün üstünlüyü NƏDİR? ŞƏRH EDİLDİ

Vitamin D nin orqanizm üçün üstünlüyü NƏDİR? ŞƏRH EDİLDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Vitamin D orqanizm üçün çox vacib vitaminlərdən biridir. Yağda həll olunan vitamin olduğu üçün, bu daha çox yağlı qidalarla birlikdə qəbul olunmalıdır". Bu sözləri SİA-ya açıqlamasında tanınmış həkim, dietoloq, uzun ömürlük üzrə ekspert, diet kitablar müəllifi Leyla Zülfüqarlı deyib.

O bildirib ki, əsas mənbəyi təbii ki, 10-20%-i qidalarımızdan ala bilirik, amma qidalanma qaydaları və həyat tərzi səhv olduqda əksiklik yarana bilər. Digər 80-90%-i isə günəşin ultrabənövşəyi şüalarının dəriyə çatmaması nəticəsində, yəni birbaşa günəşin ultrabənövşəyi şüasının dəriyə təması nəticəsində əldə edilir. Əsas qaynaq budur. Lakin, bizim coğrafi mövqeyimizə görə, ölkəmizdə ultrabənövşəyi şüaların daha az bucaq altında bizə çatması səbəbindən burada da vitamini D əksikliyi mövcuddur. 10-20%-ni qidalarımızdan almalı oluruq, amma bu sahədə də əksikliklər var. Yəni, iki tip vitamin D var: bitki mənşəli ergosterol (D2) və ya heyvan mənşəli vitamin D3 (kolesiferol).

Vitamin D əksikliyi nə zaman yaranır?

Bu, günəş şüasını kifayət qədər almadıqda və ya qidalanma düzgün olmadıqda baş verə bilər. Stress də vitamin D-nin sıfırlanmasına səbəb olan əsas amillərdən biridir. Günümüzdə hüceyrə daxilində artan stres faktı da bununla bağlıdır. Beləliklə, 20-30 il əvvəl bu qədər vitaminə ehtiyac yox idi, amma indi əksikliyini hiss edirik. Havanın çirklənməsi kimi amillər də ultrabənövşəyi şüaların dəriyə çatmamasına səbəb ola bilər.

İkinci ehtimal isə stressin çoxalması, qalxanvari vəzi xəstəliklərinin artmasıdır və burada da vitamin D əsas rol oynayır. Bu xəstəliklərdən qorunmaq üçün vitamin D əhəmiyyətlidir.

Qidalarımızda artıq tərkib dəyişib, maddələr artıb-azalıb və bu səbəbdən əksikliklər çoxalıb. İlk simptomlardan necə bilirik ki, vitamin D azdır? Daha çox yorğunluq, tərləmə, quru dəri, saç tökülməsi, quru saç kimi ilkin simptomlar müşahidə olunur. Bunun laborator analiz metodu da var. 40-dan yuxarı və 100 milliqram arasında olan normativ normadır. 30-dan aşağı düşən defisit, 20 milliqramdan aşağı olan isə çox aşağı və onun altı çox ciddi defisit hesab edilir. İnsanlar bəzən 10-un altına düşürlər, 6.3 və s. olur. Bu, ciddi defisit sayılır, ona görə də vitamin D-ni yükləmə şəklində vermək məsləhətdir. Bu, 50 min təsir vahidi həftəlik doza olmaqla artırıldıqdan sonra gündəlik doza ilə davam etmək lazımdır. Yeni doğulmuş uşaqlarda gündəlik vitamin D dozası var, rəxit xəstəliklərinin qarşısını almaq üçün və s.

Ciddi vitamin D çatışmazlığı olan şəxslərdə gələcəkdə şəkərli diabet, sümük və oynaq xəstəlikləri yaranır. Ən əsas simptomlar tərləmə, yorğunluq, saç tökülməsi kimi əlamətlərdir. Sümük, əzələ və oynaq ağrıları ölkəmizdə daha çox yayılmış simptomlardır".

"Vitamin D-nin əsas funksiyası orqanizmimizdə kalsiumun sovrulmasını sürətləndirməkdir. Bağırsağımızdan sovurur və kalsiumun damarlarımıza çatmasını təmin edir. Kalsiumun vitamin D normativində olması bizə sümük xəstəliklərinin, osteoporoz, oynaq ağrıları və s. qarşısını almağa kömək edir. Xanımlarda 40 yaşdan yuxarı xüsusilə vacibdir. Hər kateqoriya üçün çox vacib olan bir vitamindir. Yanında vacib mineral maqnezium minerali də qəbul olunmalıdır. Vitamin D3, K2 vitamini ilə daha çox qan damarımıza sovrulmuş vitamin D-ni sümüklərə daşıyır.

Vitamin D-nin əsas qida qaynaqları yumurta sarısı, balıq əti, bütün dəniz məhsulları, süd məhsulları, kərə yağı və s.-dir. Vitamin D gündəlik alınmalıdır, həm qida qaynağı olaraq, həm də dərimiz vasitəsilə günəş şüasından alınmalıdır. Vitamin D yağda həll olunan vitamin olduğu üçün, yağlı qidalarla qəbul olunmalıdır. Suda və yağda həll olunan vitaminlər var. Vitamin D daha çox cinsiyyət hormonu kimi qəbul edilir. Orqanizmimizdə funksiyalarından biri də cinsiyyət hormonlarının sintezində aktiv iştirak etməsidir" - deyə o, əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Aprel 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri