Icma.az
close
up
RU
Vitamin əlavələri optik sinirin zədələnməsini yavaşlada bilər TƏDQİQAT

Vitamin əlavələri optik sinirin zədələnməsini yavaşlada bilər TƏDQİQAT

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 12 may, AZƏRTAC

Qlaukomanın müalicəsində yeni ümidverici yanaşma vitamin əlavələri ilə bağlı aparılmış tədqiqat nəticələrinə əsaslanır. İsveçin Karolinska İnstitutunda aparılan araşdırma göstərir ki, müəyyən vitamin əlavələri optik sinirin zədələnməsini əhəmiyyətli dərəcədə yavaşlada bilər.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, nəticələr nüfuzlu “Cell Reports Medicine” jurnalında dərc olunub və hazırda bu istiqamətdə klinik sınaqlara başlanılıb. Qlaukoma – görmə sinirinin tədricən zədələnməsi ilə müşayiət olunan bir xəstəlikdir və uzunmüddətli perspektivdə görmə itkisinə, hətta korluğa səbəb ola bilər. Ənənəvi müalicələr əsasən göz daxilində təzyiqi azaltmağa yönəlib (göz damcıları, lazer və ya cərrahiyyə üsulları), lakin bu yanaşmalar bütün xəstələr üçün eyni dərəcədə effektiv deyil.

Karolinska İnstitutunun tədqiqatçıları uzun müddət “homosistein” adlı maddənin qlaukoma ilə əlaqəsini araşdırıblar. Lakin yeni araşdırmalar bu maddənin xəstəliyin səbəbi deyil, onun nəticəsi ola biləcəyini ortaya qoyur. Gəmiricilər üzərində aparılan təcrübələrdə yüksək homosistemin səviyyələrinin qlaukomanın gedişatına birbaşa təsir etmədiyi müşahidə olunub. Eyni zamanda, insan nümunələri üzərində aparılan analizlərdə də bu maddənin xəstəliyin irəliləyiş sürəti ilə əlaqəli olmadığı təsbit edilib. Tədqiqatçılar sonra homosisteinlə əlaqəli metabolik yolları araşdıraraq müəyyənləşdiriblər ki, qlaukoma zamanı tor qişada (retinada) bəzi vitaminlərin utilizasiya qabiliyyətində pozğunluq yaranır. Bu lokal maddələr mübadiləsi dəyişiklikləri xəstəliyin inkişafında mühüm rol oynaya bilər. Xüsusilə B6, B9 (fol turşusu), B12 vitaminləri və xolin əlavələrinin istifadəsi ilə aparılan təcrübələr maraqlı nəticələr verib. Gəmiricilərdə bu vitamin əlavələri optik sinirin zədələnməsini əhəmiyyətli dərəcədə ləngitdi, bəzi hallarda isə tamamilə dayandırıb. Diqqətəlayiq hal odur ki, bu təsir göz təzyiqinin müalicəsi aparılmadan müşahidə olunub, bu da həmin vitamin kompleksinin fərqli mexanizmlə – yəni maddələr mübadiləsinin dəstəklənməsi yolu ilə təsir göstərdiyini güman etməyə əsas verir.

Tədqiqatın aparıcı müəlliflərindən biri, Karolinska İnstitutunun Neyrologiya şöbəsinin əməkdaşı James Tribble bildirir ki, əldə olunan nəticələr klinik sınaqlara başlamaq üçün yetərincə ümidverici olub. Artıq Stokholmda yerləşən St. Erik Göz Xəstəxanasında ilkin klinik sınaqlara start verilib. Sınaqlara birincili açıq bucaqlı qlaukoma və psevdoeksfoliasiya qlaukoması olan xəstələr cəlb olunub. Bu tədqiqat vitamin əsaslı yanaşmaların qlaukomanın müalicəsində əlavə və ya alternativ vasitə kimi potensialını göstərir və gələcək müalicə protokollarının formalaşmasında mühüm rol oynaya bilər. Klinik sınaqların nəticələri, göz xəstəliklərinin müalicəsində daha fərdi və metabolik əsaslı yanaşmaların tətbiqinə yol aça bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2025 05:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri