Icma.az
close
up
RU
Vitaminlər haqqında 20 sual…

Vitaminlər haqqında 20 sual…

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


1. Vitamin nədir?
- Vitaminlər sağlamlığımız, həmçinin orqanizmimizdə maddələr mübadiləsinin normal fəaliyyəti üçün lazım olan maddələrdir. Vitaminlər əsasən iki qrupa ayrılır: suda həll olan vitaminlər və yağda həll olan vitaminlər. Suda həll olan vitaminlərə C, N və B qrupu vitaminləri, yağda həll olan vitaminlərə isə A, D, E və K vitaminləri daxildir.
2. Orqanizmimiz üçün lazım olan bütün vitaminləri qidalardan almaq mümkündür?
- Bəli. Tərkibində kifayət qədər protein, yağ və karbohidrat olan qidalar bəzi istisnalar olmaqla orqanizmi vitaminlərlə də təmin edir.
3. Vitamin itkisinə səbəb olan əsas amillər hansılardır?
- Ümumiyyətlə, istilik, hava və işıq kimi amillər yağda həll olan vitaminlərdə vitamin itkisinə səbəb olmur. Ancaq suda həll olan vitaminlərdə, qismən də olsa, vitamin itkisinə səbəb olur. Bu baxımdan, vitaminlər arasında ən həssas vitamin C vitaminidir.
4. Vitamin çatışmazlığına səbəb olan amillər hansılardır?
- Vitamin çatışmazlığının əsas səbəbləri aşağıdakılardır: kifayət qədər qidalanmama, düzgün qidalanmama (bura qidalanma ilə bağlı bəzi səhv vərdişləri də daxil etmək olar), dişlərlə bağlı problemlər və s. Yetkinlik dövrünə çatan uşaqlarda, siqaret çəkənlərdə, spirtli içki qəbul edənlərdə, hamiləlik və zahılıq dövrlərində, ciddi infeksiyalarda, qızdırmalı xəstəliklərdə, həzm sistemində olan problemlərdə, ishalda və ya uzunmüddətli dərman müalicələrində də orqanizmin vitamin tələbatı artır.
5. Vitaminlər köklüyə səbəb olurmu?
- Yox. Çünki vitaminlərdə kalori yoxdur.
6. Vitamin preparatları iştahanı artırırmı?
- Orqanizmdə A, B1 və C vitaminlərinin çatışmaması iştahanın azalmasına səbəb olur və bu vitaminləri qəbul etməyə başladıqda iştahanın artması müşahidə olunur. Əgər sizdə vitamin çatışmazlığı yoxdursa, əlavə vitamin qəbul etməklə iştahanızı artıra bilməzsiniz.
7. Vitamin preparatlarını günün hansı saatlarında qəbul etmək məsləhətdir?
- Vitamin preparatlarını günün hər hansı saatında qəbul etmək olar. Ancaq vitaminlərin hər gün eyni saatda qəbul olunması daha məqsədəuyğundur.
8. İqlim və ya coğrafi şərait vitamin tələbatına necə təsir göstərir?
- Bu, əsasən D vitamini üçün xarakterikdir. D vitamininin əsas mənbəyi dəridir. Günəşsiz və havasız yerlərdə D vitamininə tələbat da çoxdur.
9. Günəş şüası altında qalmaqla orqanizmin D vitamininə olan tələbatını ödəmək mümkündür?
- Mümkündür. D vitamini skelet quruluşumuzun formalaşmasında və inkişaf etməsində mühüm rol oynadığı üçün körpələrin, uşaqların, hamilə və əmzikli qadınların D vitamininə ehtiyacı daha çoxdur. Hətta son tədqiqatlar yaşlılarda da D vitamininə tələbatın artdığını göstərir.
10. Kök adamlarda da vitamin çatışmazlığı baş verir?
- Bəli. Kalorili qidalar əsasən vitamin baxımından kasıb olurlar. Buna görə də, kök adamlarda vitamin çatışmazlığının olması təbiidir.
11. Arıqlamaq məqsədilə pəhriz saxlayarkən kifayət qədər vitamin qəbul edə bilirikmi?
- İlk növbədə onu deyək ki, arıqlamaq məqsədi ilə pəhriz saxlamaq o qədər də asan deyil. Çünki tərkibində 1600 və ya daha az kalori olan bir pəhrizlə gündəlik vitamin tələbatını ödəmək qeyri-mümkündür. Digər tərəfdən, bir problem də bu cür pəhrizlərdə qidalanmanın birtərəfli olmasıdır. Buna görə də, xüsusilə uzunmüddətli pəhrizlərdə, vitamin preparatlarının təklif edilməsi təbiidir.
12. 30 yaşdan yuxarı olan qadınların vitamin və minerallara (xüsusilə də, kalsium mineralına) olan tələbatlarının artmasının səbəbi nədir?
- Xüsusilə, 30 yaşdan yuxarı olan qadınlar daha çox kalsium itirməyə başlayırlar. Kalsiumun itirilməsinin, həmçinin orqanizm tərəfindən tam istifadə edilməməsinin qarşısını almaq üçün D vitamini və vitaminlər çox vacibdir. Buna görə də, 30 yaşından sonra qadınlar süd və süd məhsullarından daha çox istifadə etməlidirlər. Təbii ki, burada təbii D vitamini mənbəyi olan günəş işığını da unutmaq olmaz.
13. Vitamin preparatlarından uzun müddət istifadə etmək olar?
- Təklif edilən gündəlik normalara riayət etmək şərti ilə bəli. Ancaq vitamin preparatlarının A və D vitamin tərkibi çox yüksək olmamalı, başqa sözlə, A vitamini 5000, D vitamini isə 500 vahidi keçməməlidir.
14. Dərmandan istifadə etmək vitamin tələbatını artırırmı?
- Bəli. Bunlar arasında əsas yeri antibiotiklər tutur. Antibiotiklər daha çox B2 və C vitaminlərinə olan tələbatı artırır.
15. Orqanizm ona lazım olan vitamini özü istehsal edə bilərmi?
- Yox. Çünki D və PP vitaminindən başqa orqanizmdə vitamin istehsalından söhbət gedə bilməz. Buna görə də, orqanizmimiz vitaminləri qidalar vasitəsi ilə kənardan almaq məcburiyyətindədir.
16. Gizli vitamin çatışmazlığı nədir?
- Gizli vitamin çatışmazlığı özünü daha çox iştahasızlıq və yorğunluq kimi spesifik olmayan simptomlarla göstərir. Bu simptomlar uzun müddət davam etdikdə isə xronikiləşir.
17. Vitamin çatışmazlığına yaşlılarda nə üçün daha çox təsadüf olunur?
- Yaşlılar, əsasən, iştahalı olmurlar. Digər tərəfdən, yaşlı adamlarda bağırsaqlar vitaminləri yaxşı sovurmurlar. Buna görə də, yaşlı adamlar vitamin tərkibi zəngin olan qidalardan və ya vitamin preparatlarından istifadə etməlidirlər.
18. Təbii və süni vitaminlər arasında fərq varmı?
- Yoxdur. Çünki süni vitaminlər təbii vitaminlərlə eyni kimyəvi tərkibə malikdirlər. Ancaq yenə də orqanizm üçün təbii vitamin qəbul etmək daha məqsədəuyğundur.
19. Təzə meyvə-tərəvəzlərin vitamin tərkibi dəyişkəndirmi?
- Həm də çox. Çünki iqlim və torpaqla yanaşı, məhsulun necə yetişməsi, necə yığılması, necə daşınması və ya necə saxlanması kimi amillər də vitamin tərkibinin dəyişməsinə təsir göstərir.
20. Vitaminlər orqanizmi təhlükəli sərbəst radikallardan qoruyurmu?
- Sərbəst radikallar havanın çirklənməsi, alkoqol, siqaret və s. kimi bir çox başqa amillərlə meydana gələn reaktiv və aqressiv maddələrdir. Bəzi şəraitlərdə sərbəst radikallar daha təhlükəlidirlər. Çünki orqanizmin çox miqdarda toxuma və hüceyrələrinə hücum edərək oksidləşməyə səbəb olurlar. Son araşdırmalar C və E vitaminlərinin və həmçinin beta-karotenin bir çox toxuma və hüceyrələri sərbəst radikallardan qoruduğunu göstərir.
Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 16 May 2026 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri