Vitse spiker: Azərbaycanla münasibətlər Gürcüstanın iqtisadi inkişafına zəmin yaradır
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan, Türkiyə və Ermənistanla münasibətlər Gürcüstanın iqtisadi inkişafına və təhlükəsizliyinin təminatına zəmin yaradır.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini Sozar Subari deyib.
Sozar Subari bildirib ki, Gürcüstan təhlükəsizliyini qorumalı və çoxvektorlu siyasətin inkişafı üçün əlindən gələni etməlidir.
Vitse-spiker Gürcüstanın Avropa İttifaqına üzvlük məsələsinə də toxunaraq vurğulayıb ki, ölkə avrointeqrasiya yolundadır:
“Gürcüstan hökuməti Avropa İttifaqına üzvlüyə 2030-cu il üçün daha hazırlıqlı olacağını bəyan edib. Biz artıq bu yoldayıq və əgər o vaxta qədər Avropa İttifaqı mövcud olacaqsa, biz üzvlüyə hazır olacağıq”.
Sozar Subari Gürcüstanın NATO-ya qoşulması perspektivlərini də şərh edərək deyib ki, Ukrayna nümunəsi Alyansın qapılarının heç zaman illərdir bəyan edildiyi kimi açıq olmadığını sübut edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 18 Yanvar 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















