Icma.az
close
up
RU
Vüqar Gülməmmədov: Büdcə vəsaitindən daha rasional istifadə edilməlidir

Vüqar Gülməmmədov: Büdcə vəsaitindən daha rasional istifadə edilməlidir

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda dövlət vəsaitinin daha rasional istifadə edilməsini təşkilatların ən ümdə vəzifəsinə çevirmək əsas hədəf hesab edilməlidir.
Bizim.Media xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsinin müzakirəsi zamanı bildirib.
"Bu iş ötən ilin dövlət büdcəsinin icrasının və ümumiyyətlə, dövlətin maliyyə idarəetməsinin intizam fəlsəfəsi üzərində qurulmasına xidmət edir. Bu məntiqdən çıxış edərək 2025-ci il həm də ölkənin son illərdə ən vacib strateji sənədi hesab edilən "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın dördüncü ilinin icrası üzrə hədəflərin reallaşdırılması, qəbul edilmiş bir sıra dövlət proqramlarının və strategiyaların icrasının bitməsi, həmçinin dövlət maliyyəsi müstəvisində "Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi"nin icrası baxımından xüsusi əhəmiyyət kəsb edir", - deyə o qeyd edib.
Sədrin sözlərinə görə, 2025-ci ildə ÜDM-in, o cümlədən neft-qaz və qeyri-neft qaz sahələri üzrə ÜDM-in proqnoz və fakt məbləğləri demək olar ki, üst-üstə düşüb:
 

"ÜDM məbləğinin proqnozdan kənarlaşmasına səbəb olan ənənəvi neft qiyməti amili hesabat ili üçün aktual olmamış, bu göstərici üzrə proqnoz və fakt qiymətləri cüzi fərqlənmişdir. Lakin 2025-ci ilin baza ssenarisi üzrə təqdim edilən proqnozları və icra parametrləri arasında müəyyən fərqlər müşahidə edilir".


Bundan başqa, V.Gülməmmədov deyib ki, il ərzində dövlət büdcəsinin icrası ilə bağlı məlumatlar "Büdcə sistemi haqqında" qanunun 18-ci və 20-ci maddələri ilə müəyyən edilmiş müddət və formalara, əsasən, uyğun (bəzi istiqamətlər istisna) təqdim olunmuş, tələb olunan məlumat və göstəricilər qanun layihəsinə və illik hesabata daxil edilib. Aparılmış təhlillər qanun layihəsində əks etdirilmiş dövlət büdcəsi gəlirlərinin və xərclərinin əsasən düzgün olduğunu deməyə əsas verib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 İyun 2026 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri