Vüqar Məmmədov: Şuşaya çatan kimi birinci şəhidlərimizin məzarını ziyarət edəcəyəm
Icma.az bildirir, Oxu.az portalına istinadən.
"Birinci Qarabağ müharibəsi veteranıyam, Şuşaya gedən kimi ən birinci şəhidlərimizin məzarını ziyarət edəcəyəm".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Vüqar Şahlar oğlu Məmmədov deyib.
O bildirib ki, doğma torpağa köç etmək hər bir məcburi köçkünün arzusudur:
"Bu, həyatımızın ən gözəl günlərindən biridir. Şuşaya çatan kimi birinci şəhidlərimizin məzarını ziyarət edəcəyəm. Özüm də Birinci Qarabağ müharihəsi döyüşçüsüyəm. Nə qədər itkilər verdik, nə qədər çətin günlər yaşadıq, onu yaxşı bilirəm. Ona görə də bu günlər bizim üçün çox qiymətlidir.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün növbəti köç karvanı Şuşa şəhərinə yola salınır. Bu mərhələdə daha 51 ailə (208 nəfər) öz doğma yurduna köçürülür.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Rövşən Əsədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 23 Dekabr 2024 06:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















