Icma.az
close
up
RU
Vüqar Tofiqli: Elə etməliyik ki, yeni yaranan bələdiyyə fəaliyyətə borcla başlamasın

Vüqar Tofiqli: Elə etməliyik ki, yeni yaranan bələdiyyə fəaliyyətə borcla başlamasın

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında qanunda dəyişiklik edilməsi barədə” qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı dörd ilin son iki ili ərzində əhalisinin sayı 3 000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1 000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir. Bə bələdiyyələrin birləşdirilməsi onların fəaliyyətində nəyi dəyişəcək? Digər hansı addımlara ehtiyac var? Bələdiyyə ərazisində yaşayan insanlara xidmət hansı səviyyədədir?



Məsələyə münasibət bildirən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a bildirib ki, bələdiyyələrin inkişafına söykənən istənilən addımın atılması təqdirə layiqdir:


“Birləşdirmə, nəticə etibarı ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə və onların seçicilərinə, sakinlərinə göstərdiyi xidmət səviyyəsinin artırılmasına yönələn addımdır. Bu gün fəaliyyətdə olan 1606 bələdiyyənin əvəzinə seçki prosesindən sonra Azərbaycanda 684 bələdiyyənin formalaşdırılması nəzərdə tutulur. Bu birləşdirmə həm xərclərin səviyyəsini azaldacaq, həm də maliyyənin düzgün istiqamətdə yönəldilməsinə köməklik göstərmiş olacaq. Bütün hallarda büdcəsi az olan bələdiyyə öz arasında layihəni icra etmək imkanında olmur. Lakin kiçik bələdiyyələri birləşdirməklə, müəyyən büdcə gəliri qoymaqla kiçik həcmdə olsa belə layihələrin icra edilməsi mümkün olacaq. İstənilən halda seçicilərə, sakinlərə, və vətəndaşın qaldırdığı problemin həllinə sürətli şəkildə köməklik göstərmiş olacaq. Güman edirəm ki, bununla bərabər atılacaq əsas addımlardan biri bələdiyyələrin DSMF-yə olan borclarına aydınlıq gətirilməsidir. Bu gün 1000-dən  çox bələdiyyənin üst-üstə 8 milyon manata yaxın  borcu olduğuna görə bank hesabları bağlıdır. Bank hesabı da bağlı olduğundan hər hansı əməliyyat belə aparmaq mümkün deyil. Hər halda elə etməliyik ki, yeni yaranan bələdiyyə fəaliyyətə borcla başlamasın”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Noyabr 2024 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri