Icma.az
close
up
RU
Vüqar Tofiqli: Bu gündən bələdiyyə sisteminin yeni dövrü başlayır

Vüqar Tofiqli: Bu gündən bələdiyyə sisteminin yeni dövrü başlayır

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Ölkəmizdə keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar saat 08:00-dan başlayan səsvermə prosesi davam edir. Mərkəzi Seçki Komissiyasının saat 12:00-a açıqladığı məlumata görə, ölkə üzrə seçici fəallığı 17,11 faiz təşkil edir. Bu saata qədər respublika üzrə 1 milyon 20 min 231 nəfər səs verib.

69 saylı Biləsuvar seçki dairəsində ən yüksək seçici fəallığı müşahidə olunub. Belə ki, bu seçki dairəsində 53 min 660 seçicidən 13 min 17 nəfəri (24,26 faiz) səsvermədə iştirak edib.

Ümumiyyətlə, seçkilərdə 16 min 92 namizəd mübarizə aparır. Seçkilər zamanı respublika üzrə 685 bələdiyyəyə 8 min 71 üzv seçiləcək. Səsvermə 118 seçki dairəsi üzrə 5846 seçki məntəqəsində keçirilir. Seçicilərin azad və sərbəst səs verməsi üçün zəruri avadanlıqlarla təmin edilmiş məntəqələrə 6 milyon 52 min 721 seçki bülleteni paylanılıb. Bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir.

Bələdiyyə seçkilərini izləmək üçün 70 min 625 yerli müşahidəçi qeydiyyatdan keçib.

Səsvermənin şəffaflığını təmin etmək üçün bütün digər vasitələrlə yanaşı, 1000 seçki məntəqəsində veb-kameralar da quraşdırılıb. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı media subyektlərində dərc olunub və MSK-nın internet səhifəsində yerləşdirilib.

Səsvermə saat 19:00-da başa çatacaq.


"Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli "Sherg.az"a bildirib ki, bu gündən etibarən bələdiyyə sisteminin yeni dövrünün başlanması kimi hesab etmək olar:

"Artıq 685 bələdiyyə formalaşdırılır və 871 nəfər üzv seçiləcək. İndiyə qədər həm bələdiyyələrin birləşdirilməsi ilə bağlı atılan addımlar, o cümlədən son dövrdə qanunvericilikdə qəbul edilən aktlar dövlətin bu sahənin inkişafında maraqlı olmasından xəbər verir. Belə bir məqamda seçicilərin üzərinə müəyyən məsuliyyət yükü düşür. Onlar istənilən halda seçki məntəqəsinə gedərək layiqli, işgüzar və bacarıqlı namizədə səs verməlidirlət. Bununla da nümunəvi bələdiyyənin formalaşmasında və seçici olaraq perspektivdə üzləşdiyimiz problemlərin həllində yaxından iştirak etmiş olaq. Eyni zamanda səhər saatlarından başlayaraq səsvermə uğurla davam edir".


Ekspert əlavə edib ki, seçici aktivliyinin əvvəlki illərə nisbətən daha fəal olacağı gözlənilir:

"Həm seçkinin təşkili prosesi, həm kameraların quraşdırılması və digər texniki məsələlər tam şəkildə icra olunub. Məhz günün sonuna kimi bu cür davam edəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Yanvar 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri