Vyetnam Sosialist Respublikası KP MK nın Baş katibinin Bakıya rəsmi səfərə gəlib
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamı və xanımı No Fon Lini qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinə raport verdi.
Vyetnam Sosialist Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın qarşısından keçdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 07 May 2025 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















