“Washington Post”: ABŞ ın İranın təhlükəsizlik qüvvələrinin liderlərini hədəfə almaq ehtimalı daha böyükdür, nəinki nüvə təsisatlarını vurması
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Tramp administrasiyası Avropa ölkələrindən İranın daxilində potensial hədəflərlə bağlı kəşfiyyat məlumatlarını ABŞ-la bölüşmələrini istəyib.
APA xəbər verir ki, bu barədə iki anonim Avropa rəsmisi “The Washington Post”a danışıb.
Mənbələrdən birinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın İranın nüvə təsisatlarına zərbə endirilməsini nəzərdən keçirdiyinə dair heç bir əlamət yoxdur.
Mənbə əlavə edib ki, ABŞ-ın İranın təhlükəsizlik qüvvələrinin liderlərini hədəfə almaq ehtimalı daha böyükdür.
Qeyd edək ki, İranda bir neçə gündür internet kəsilib. ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) verdiyi məlumata görə, etiraz aksiyalarında ölənlərin sayı 2571 nəfərdir, minlərlə insan həbs olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 14 Yanvar 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















