Icma.az
close
up
RU
WB: Azərbaycan üç İ prinsipinə riayət etməklə yüksək gəlirli ölkələr qrupuna daxil ola bilər

WB: Azərbaycan üç İ prinsipinə riayət etməklə yüksək gəlirli ölkələr qrupuna daxil ola bilər

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan investisiya, biliklərin yayılması və innovasiyaya əsaslanan strategiya ilə yüksək gəlirli ölkələr qrupuna keçə bilər.

“Report” xəbər verir ki, bunu Dünya Bankının (WB) Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bankın 2024-cü il üzrə "Dünyanın inkişafı haqqında hesabat"ın (WDR) təqdimatı zamanı bildirib.

R.Prays vurğulayıb ki, təhsil və səriştələrin inkişafı innovasiyaların stimullaşdırılması və məhsuldarlığın artırılmasında mühüm rol oynayır.

“Hesabatımızda “üç İ” prinsipi - investisiya, infuziya (qabaqcıl bilik və texnologiyaların yayılması) və innovasiya təqdim edilib. Bunlar xüsusi diqqət yetirdiyimiz üç əsas aspektdir. Birincisi, hesabat ölkələri həm daxili, həm də xarici investisiyaların cəlb edilməsi üçün investisiya mühitini yaxşılaşdırmağa çağırır. Eyni zamanda, sürətlə dəyişən qlobal iqtisadiyyatda tələb olunan bacarıqlara malik işçi qüvvəsinin formalaşdırılması üçün təhsilin keyfiyyətinin artırılması və peşə hazırlığı proqramlarının inkişafı vacibdir”, - deyə o bildirib.

R.Prays qeyd edib ki, ikinci vacib məsələ əlverişli investisiya mühitini yeni ideyaların cəlb edilməsi və yayılması ilə tamamlamadır.

Onun sözlərinə görə, qlobal bazarlara inteqrasiya vasitəsilə bazar liderləri arasında rəqabəti təmin etmək böyük əhəmiyyət daşıyır: “Əlverişli biznes mühitinin yaradılması və qabaqcıl texnologiyaların yayılmasının stimullaşdırılması üçün səmərəli idarəetmə və güclü institutlar lazımdır”.

Üçüncüsü, hesabat ölkələrə tədqiqat və inkişafı dəstəkləməyi, sahibkarlığın inkişafını təşviq etməyi və texnologiyaların fəal tətbiqi üçün şərait yaratmağı tövsiyə edir. “Rəqabət və bərabər biznes mühiti həm biliklərin yayılmasını, həm də innovasiyaların stimullaşdırılmasını sürətləndirən əsas amillərdir. Fikrimcə, bütün bunlar Azərbaycanın orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevrilməsi üçün mühüm imkanlar yaradır”, - deyə R. Prays əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://report.az
archiveBu xəbər 10 Fevral 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri