Icma.az
close
up
RU
WhatsApp və Telegram a məhdudiyyət qoyula bilər?

WhatsApp və Telegram a məhdudiyyət qoyula bilər?

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Rusiyada “WhatsApp” və "Telegram" messencerinin bloklanması ilə bağlı xəbərlər yayılıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, hazırda məhdudiyyətlər yalnız mobil internet vasitəsilə qoşulma zamanı hiss olunur. Zənglər ya ümumiyyətlə getmir, ya da səs keyfiyyəti kəskin şəkildə pisləşir. “Wi-Fi” üzərindən zənglər hələlik mümkündür, lakin bu, müvəqqəti test mərhələsidir.

"Mediaservis" MMC-nin təssiçisi, jurnalist Elgün Mənsimov Metbuat.az-a açıqlamasında bildirib ki, əslində hazırda müharibə şəraitində olan bir dövlət üçün istənilən vaxt belə məhdudiyyətlərin tətbiqi normaldır. Yayılan xəbərlərə görə, artıq dünəndən etibarən hər iki sosial şəbəkə üzərindən zənglər bloklanıb:

"İlkin ehtimal budur ki, hökumət bu addımı rəqəmsal təhlükəsizliklə bağlı atıb. Digər tərəfdən isə Rusiyada sanksiyalara görə hazırda lazımi infrastruktur təkmilləşdirmələri apara bilmirlər. Hətta ölkədəki mobil operatorlar bununla bağlı hökumətə məktub da yazıblar. Onlar sanksiyalara görə lazımi infrastruktur yeniləmələrinin mümkün olmadığını bildiriblər. Operatorlar internet trafikinin artdığını qeyd edərək, trafikin azaldılması üçün "WhatsApp" və "Telegram"da zənglərin bloklanmasını istəyiblər. Məsələ ilə bağlı rəsmi açıqlama verilmir. Bununla belə, bəzi Rusiya rəsmiləri bloklamanın telefon fırıldaqçılığı ilə mübarizə üçün zəruri olduğunu iddia ediblər".

O bildirib ki, Azərbaycanda isə oxşar məhdudiyyətlərin tətbiq olunması üçün heç bir məntiqi əsas yoxdur:

"Ümumiyyətlə, bu məsələdə Azərbaycanla Rusiyanın heç bir əlaqəsi yoxdur. Azərbaycan müasir, müstəqil dövlətdir və heç bir texnoloji sanksiyalara da məruz qalmayıb. Eləcə də ölkə müharibə vəziyyətində də deyil", - deyə Elgün Mənsimov qeyd edib.

Ülkər Cəlilzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 12 Avqust 2025 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see380

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see255

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see210

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see205

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see199

Tarqovı da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı FOTO VİDEO

14 Avqust 2026 19:40see187

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see174

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see174

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see174

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see170

Lalə Məmmədova: “Öz dərdim bəsimdir”

14 Avqust 2026 14:44see170

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see169

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see169

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see168

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see167

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see167

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see167

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see165

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see160

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri