Icma.az
close
up
RU
WorldSkills Şanxay 2026 kibertəhlükəsizlik yarışının milli komanda seçimlərinə qeydiyyatdan keçənlərin sayı AÇIQLANIB

WorldSkills Şanxay 2026 kibertəhlükəsizlik yarışının milli komanda seçimlərinə qeydiyyatdan keçənlərin sayı AÇIQLANIB

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Gələn il sentyabrın 22-27-də Çinin Şanxay şəhərində keçiriləcək kibertəhlükəsizlik üzrə "WorldSkills Şanxay 2026" beynəlxalq peşə bacarıqları yarışmasının seçim mərhələsi üçün 170 nəfər qeydiyyatdan keçib".

Bunu Oxu.Az-a müsahibəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnformasiya Təhlükəsizliyi Departamentinin müdiri Şahmar Hacıyahyayev deyib.

O bildirib ki, müsabiqə şərtlərinin ağır olmasına baxmayaraq, hazırda 170 nəfər qeydiyyatdan keçib və bu sayın 200-ə çatacağı gözlənilir:

"Seçim mərhələsinin bitməsinə sayılı günlər qalıb. Biz bu sayın 200-ə çatacağını gözləyirik. Nəinki müsabiqə, eyni zamanda fəaliyyətimiz dövründə biz gənclərin bu sahəyə maraqlı olduqlarını görürük. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi üç illik fəaliyyəti dövründə hər altı aylıq tədris dalğasında 60 nəfəri seçərək 6 aylıq tədris prosesinə cəlb edir. Biz 60 nəfər seçən zaman tədrisə qatılmaq istəyən 2000-2500 gənc müraciət edir".

Şahmar Hacıyahyayev qeyd edib ki, qeydiyyat üçün ilkin müraciət forumundan seçilmiş 80 nəfər Capture The Flag (CTF) formatlı müsabiqəyə cəlb olunacaq:

"Onlar arasından 40 nəfər seçiləcək. CTF formatı kibertəhlükəsizlik tapşırıqlarının laboratoriya şəraitində icra edilməsi, kibertəhlükəsizlik sahəsində boşluqların müəyyən edilməsi və müsabiqə çərçivəsində tapşırıqların əldə olunmasından ibarətdir. Növbəti mərhələdə 40 nəfər üçün nisbətən ağır tapşırıqlarla müsabiqə təşkil edilir və həmin müsabiqədən də 20 nəfər seçilir. 20 nəfər üçün daha sonra yenidən daha ağır tapşırıqlarla müsabiqə təşkil edilir və 10 nəfər seçilir. Bütün bu müsabiqələrin hər biri CTF formatında keçirilir.

Komandaların müəyyən edilməsi üçün qarşıdakı 6-7 ay ərzində intensiv hazırlıq işləri görüləcək. Geriyə qalan, seçilmiş iki nəfər Çinin Şanxay şəhərində Azərbaycanı təmsil edəcək.

Seçim mərhələsində CTF formatında qalib olma potensialı olan həm xüsusi xidmət orqanlarında, həm maliyyə, həm də telekommunikasiya sahələrindədə çalışan şəxslərin fəal olduğunu müşahidə edirik".

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Oktyabr 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see293

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see235

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see209

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see174

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see172

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see167

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see166

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see147

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see145

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see133

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see125

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri