Icma.az
close
up
RU
Xalq artisti Mehriban Xanlarovadan danışdı: “Ayıbdır axı, günahdır, niyə onun əziyyətini yerə vurursuz?” ÖZƏL+FOTO

Xalq artisti Mehriban Xanlarovadan danışdı: “Ayıbdır axı, günahdır, niyə onun əziyyətini yerə vurursuz?” ÖZƏL+FOTO

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Mən infarkt keçirmişəm. Havalar dəyişəndə çox pis oluram. Heç halım yoxdur. Özümü yaxşı hiss etmirəm. Heç yerə getmirəm, həyətə də çıxmıram. Evdə hər şeyi köməkçim edir, yeməkləri bişirir, evi yığışdırır, mənə nəzarət edir. Övladlarım da ara-sıra gəlib-gedirlər. Bir vaxtlar var idi ki, mən mətbəxdən çıxmırdım, bütün təamları özüm hazırlayırdım. Vaxt olub ki, gecə saat 3-ə qədər işlərimi görüb qurtarmışam, səhər saat 9-da da işdə olmuşam. Rəhmətlik Validlə işlərimizi birgə görürdük. Bizim ailədə heç vaxt mübahisə olmayıb. Mən heç vaxt ucadan onun səsini eşitməmişəm. İndi demək olar ki, ailə dəyərləri qalmayıb. Analar qızlarının evini yıxır. Ailənin dağılmasına təkan verirlər. Mənim anam demişdi ki, “ər evinə getsən, bir də bura qayıtma, o sənin doğmaca evin olacaq”. Bizə belə tərbiyə vermişdilər. Qızlar indi nə əri sayır, nə qaynananı, nə də qaynatanı. Dəhşətdir! Ən çox günah qadındadır. O gərək yola versin, pis şeyin üstünü örtsün, uşaqlara heç nəyi bildirməsin”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, diktor Ofeliya Sənani deyib.

O daha sonra bu günlərdə teatrdan uzaqlaşdırılan əməkdar artist Mehriban Xanlarovadan da danışıb:

“Onu işdən çıxarmaq heç düzgün qərar deyil. Görün nə qədər iş təcrübəsi var. Uzun illərdir teatrda işləyir, nə qədər rollar oynayır. Ayıbdır axı! Xəbərdarlıq etmək olardı, amma işdən çıxarmaq artıq son addımdır. Gözəl də aktrisadır, zəhmətkeşdir. Bəs onun əməyini niyə nəzərə almadılar? Nə qədər rollar yaradıb, işləyib. Adam işə gedəndə nə evdəkiləri düşünmür, nə də özünü. Əsas işi düşünürsən. Bunları niyə nəzərə almayıblar? Günahdır axı! Qoca anası var, eşitdiyimə görə bir neçə ailəyə baxır. Heç olmaya bunları nəzərə alardılar. İşdən azad etmək çıxış yolu deyil. Xəbərdarlıq edərdilər kaş, işdən çıxarmazdılar. Niyə onun əziyyətini yerə vurursuz?”, -  deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Dekabr 2025 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri