Xalq artisti sərt danışdı: “Danışığını bilməyən aparıcının qarşısında dayanmaram” VİDEO
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
“Əsl sənətkarlar gücü işə verməlidirlər, reklama yox. Əgər sənətdə sən bazar fikirləşirsənsə, onun adı sənət deyil, onun adı elə bazardır”.
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva ATV-də yayımlanan “Afaqla onlar” verilişində söyləyib.
Pop ulduz müsahibəsində bəzi müğənnilərə sərt iradını bildirib:
“Hər yerə xərclənsən, səndən nə qalar? Sənət pul qəbul etmir, sənət sənəti qəbul edir. Əsl sənətkar olmaq üçün dəyərə xidmət etməlisən. Sənətkar bilirsiniz, kimdir? Heç nəyi fikirləşmədən dəlicəsinə işinə aşiq olandır. O sənətdən sənə ruzi gələcəksə gələcək”.
Sənətçi, həmçinin bəzi müğənnilərin ucuz reklama qurban olduqlarını vurğulayıb:
“Bir yerdə ki, bazar var orada sənət, keyfiyyət udulur. Bazar yaxşı reytinq, qazanc gətirə bilir. Nəticədə biz iyrənc reytinq qazanırıq. Beyinləri yuyan, zövqləri korlayan, insanlara qıcıq verən reytinqdir.
Biz efirə getməmişik ki, reytinqimiz olacaq. Ziyalılar, peşəkarlar kənara çəkilməməlidir. Onlar kənarda durub, “efiri bəyənmirəm” deməməlidir. Seçməlidir. Danışığını bilməyən aparıcı qarşısında dayanmaram, çünki boş zaman itkisidir. Bunların hər biri gözəl olanda, mən də efirdə oluram”.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 04 Noyabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















