Xalq artisti, tarzən Firuz Əliyevin 75 illik yubileyi qeyd edilib FOTO
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, tarzən Firuz Əliyevin 75 illik yubileyi qeyd edilib.
Tədbirdə sənətkarın yaradıcılıq yolunu əks etdirən qısa film nümayiş olunub. Yubilyarı millət vəkili Ziyad Səmədzadə, Xalq artisti Vamiq Məmmədəliyev və Əməkdar artist Razi Şükürov təbrik edərək sənətkarın Azərbaycan tar ifaçılığı sənətindəki rolundan söz açıblar. Bildirilib ki, Firuz Əliyev tar ifaçılıq məktəbinin görkəmli nümayəndələrindən biridir. İfaları həmişə sevilə-sevilə dinlənilir. Müqtədir tarzənlərin yolunu davam etdirərək sənətdə öz dəst-xəttini yaradaraq xalqın böyük sevgisini qazanıb. Məhsuldar yaradıcılıq yolu, bu gün də tarı şövqlə sinəsinə sıxaraq böyük həvəs və eşqlə ifa etdiyi muğamlarımız gənc tarzənlər üçün məktəb və nümunədir.
Gecədə Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artist Nuriyyə Hüseynova, BMM-nin solistləri Səbinə Ərəbli, Mirələm Mirələmov, Hüseyn Məlikov, ifaçılar Humay Qədimova, Emin Bədəlov çıxış ediblər.Tədbirin sonunda yubilyar gecənin təşkilatçılarına minnətdarlığını bildirib və sənət yolunu davam etdirən övladları Əli və Abbasla birlikdə dahi Üzeyir Hacıbəylinin əsərlərindən ibarət kompozisiya ifa edib.Xanəndələri Rövşən Qurbanovun rəhbərliyi ilə instrumental ansambl müşayiət edib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 02 İyul 2025 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















